Accessibility links

Hər il aprel ayında keçirilən “Aşıqlar Bayramı” festivalı Azərbaycan vilayətləri və türklərin yaşadığı digər vilayətlərdən qatılan və müxtəlif aşıq məclislərini təmsil edən ustad aşıqların iştirakı ilə aprelin 18-də Zəncan şəhərində keçirilir.

Bu haqda məlumat yayan yarı-rəsmi Fars xəbər agentliyi Aşıqlar Bayramının 2006-cı ildən bəri Zəncan şəhərində keçirildiyini qeyd edib.

Zəncanın ustad aşığı Müslüm Əsgəri

Zəncanın ustad aşığı Müslüm Əsgəri

Həmin məlumata görə, ötən illərdə qeyd edilmiş Aşıqlar Bayramı tədbirinə Zəncan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Həmədan, Qəzvin, Qum, Tehran və Əlburz vilayətlərindən aşıqlar və şairlər qatılıb.

Zəncan Aşıq Mühiti İranda qeydiyyata alınmış 7 aşıq məclislərindən biridir. Digər aşıq mühitləri Urmiyə, Qaradağ, Xorasan, Qum, Sava, Qaşqay və Sulduz aşıq mühitlərindən ibarətdir.

XS
SM
MD
LG