Accessibility links

Asiyalı amerikalılar ABŞ seçkilərində kimə səs verəcəklərinə dair qəti fikrə malik deyil. Lakin rəy sorğularına görə, onların 43 faizinin prezident Obamaya, 24 faizinin isə onun rəqibi respublikaçı Mitt Romnini dəstəklədiyini göstərir.

Milli Asiya-Amerika Təşkilatı onların əksəriyyətinin ABŞ-da ilk mühacir nəsli olduğu üçün qərar verə bilmədiklərini bildirir.

Asiyalı amerikalılar ABŞ-da ən sürətlə artan əhalidir. Pyu Araşdırma Mərkəzinin
bildirdiyinə görə, hazırda asiyalılar ispandilli mühacirlərə say baxımında üstün gəlir.

Ekspertlər buna baxmayaraq, asiyalıların digər etnik qruplarla müqayisədə seçkilərdə qeyri-fəal olduğunu deyir. Onların həm də seçkilərdə əhəmiyyət kəsb edən ştatlarda məskunlaşmadığı da fakt kimi irəli sürülür.

Lakin Nevada, Virciniya və Şimali Karolina ştatlarında asiyalıların fəallığı ciddi təsirə malikdir.
XS
SM
MD
LG