Accessibility links

Asiya ölkələri Şimali Koreyanı təhlükə mənbəyi kimi dəyərləndirir


Asiya ölkələri Şimali Koreyanı təhlükə mənbəyi kimi dəyərləndirir
Asiya ölkələri Şimali Koreyanı təhlükə mənbəyi kimi dəyərləndirir

Asiya-Sakit Okean hövzəsində yerləşən 26 ölkənin müdafiə nazirləri razılaşırlar ki, Şimali Koreyanın nüvə silahları proqramı regiona ən ciddi təhlükə mənbəyidir. Cənubi Koreyanın ali generalı bildirib ki, müdafiə nazirləri həmçinin qərar gəliblər ki, kütləvi qırğın silahlarının nəqliyyatına qarşı əməkdaşlığı gücləndirsinlər. General Han Min-ku müxbirlərlə Seulda keçirilən beş günlük müdafiə nazirləri konfransının sonuncu günündə danışıb. ABŞ Sakit Okean Hövzəsi Komandanlığının rəhbəri admiral Robert Villard deyir ki, konfrans iştirakçıları tanıyırlar ki, Şimali Koreyanın nüvə imkanları təkcə Cənubi Koreyaya deyil, bütün regiona təhlükə törədir. O, həmçinin xəbərdarlıq edib ki, Pxenyanın üçüncü atom sınağı keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunacaq.

XS
SM
MD
LG