Accessibility links

Şərqi Asiyada ərazi mübahisələri qızışır


Filippində Çinə etiraz nümayişi

Filippində Çinə etiraz nümayişi

Asiyada su ərazisi mübahisələri getdikcə dərinləşir. Cənubi Koreyanın hərbi dəniz donanması Şimali Koreyanın mümkün hcumlarına hazırlıq məqsədi ilə təlimlər keçirir.

Yonhap xəbər agentliyinin məlumatına görə, dəniz təlimləri adi hal olsa da, bu haqda ilk dəfə ictimaiyyətə məlumat verilib.

Cənubi Koreya bu cırtdan adaları Dokdo, Yaponiya isə Takeşima adlandırır.

Cənubi Koreya bu cırtdan adaları Dokdo, Yaponiya isə Takeşima adlandırır.

Təlimlər Yaponiyanın ciddi qəzəbinə yol açıb. Tokio təlimlərin onun ərazisində keçirildiyini iddia edir.

Cənubi Koreya təlimləri Dokdo adlanan ada yaxınlığında keçirib. Yaponiya isə Takeşima adlandırdığı bu ərazinin ona məxsus olduğunu bildirir. Yaponiyanın nazirlər kabinetinin katibi Yoşihide Suqa təlimləri qəbuledilməz adlandırıb. O, Seulun bu əməlinin təəssüf doğurduğunu deyib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi isə Yaponiyanın heç bir tələbinin nəzərə alınmayacağını bəyan edib. Nazirlik təlimlərin planlaşdırıldığı şəkildə davam etdirləcəyini bildirib.

Cənubi Koreyanın admiralı Hvanq Ki-Çul Şimalın təhrikçiliyi təqdirində onun sualtı qayıqlarının məhv ediləcəyi ilə hədələyib.

Şimali Koreya lideri Kim Conq Un sualtı qayıqda

Şimali Koreya lideri Kim Conq Un sualtı qayıqda

Bu həftənin əvvəlində Şimali Koreya lideri Kim Cong Un dəniz donanması obyektlərinin birində olub və sualtı qayıq yaxınlğında şəkil çəkdirib. Dövlət mediası Kimə istinadən bildirib ki, o, zabitlər və əsgərləri düşmən işğalına hazır olmağa və onu dəf etməyə çağırıb.

3 min kilometr cənubda isə Çinin dəniz fəaliyyətləri Vyetnamın ciddi narahatlığı ilə qarşılanıb.

Çinin Nanhai-9 gəmisi Hainan adası yaxınlığında dayanır. Vyetnam gəminin onun gəmilərinin marşrutuna maneə törətdiyindən şikayətlənir.Tonkin körfəzinin su sərhədlərinə dair konsensus əldə edilməyib. Narazılıqlar Vyetnamda Çin əleyhinə etiraz aksiyalarına yol açıb.

Çin 1974-cü ildə Cənubi Vyetnamın Parasel zəncirini zəbt edib. İki ölkə arasında quru sərhədlərinə dair müharibə 5 il ondan sonra başlayıb.

Çin hərbi təyyarələrinin Şərqi Çin Dənizi üzərində tez-tez görünməsi yaponları qıcıqlandırır.

Çin hərbi təyyarələrinin Şərqi Çin Dənizi üzərində tez-tez görünməsi yaponları qıcıqlandırır.

Pekin Cənubi Çin dənizindəki bütün ərazi və təbii resursların ona məxsus olduğunu iddia edir. Bu dəniz məkana Bruney, İndoneziya, Malayziya, Filippin və Tayvanın da iddiası var.

Mübahisələrdə iştirak etməyən region ölkələri də qarşıdurmadan narahatlıq hissi keçirir. Bunlardan biri Avstraliyadır. Avstraliya mübahisələrin hərbi deyil, sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.

XS
SM
MD
LG