Accessibility links

Asiyalılar Amerikaya gələn mühacirlər arasında əksəriyyət təşkil edir


US Citizenship

US Citizenship

Pew araşdırma mərkəzinin son hesabatına görə, asiyalılar Amerikaya gələn mühacirlər arasında, ispandilliləri arxada qoyaraq əksəriyyət təşkil edir. Bu gün açıqlanan hesabatda deyilir ki, asiyalı amertikalılar daha yaxşı təhsilə, yüksək gəlirə və nəsil artımına malikdir.

Asiyalıların Amerikaya üz tuması işsizlik və təhsil imkanları ilə izah edilir. Ailə birləşməsi də bu faktorlar arasında yer alır. Onların 74 faizi xaricdə doğulub.Araşdırmalardan məlum olub ki, 1965-ci ildə asiyalılar Amerika əhalisinin yalnız 1 faizini təşkil edirdisə, indi bu göstərici 5.8 faizə yüksəlib. 2010-cu ildə ABŞ-a mühacirətin 36 faizi olmaqla, 430 min asiyalı mühacirət edib. Ispanmənşəlilər isə hazırda mühacirlərin 31 faizini təşkil edir.

XS
SM
MD
LG