Accessibility links

Aslan İsmayılov: "Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı üçün ölümcül zərbədir" [Audio-Müsahibə]


Vəkil Aslan İsmayılov

Vəkil Aslan İsmayılov

Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşunas Aslan İsmayılov Amerikanın Səsinə dünya bazarlarında xam neftin qiymətinin düşməsinin Azərbaycana təsirləri barədə danışıb.

Amerikanın Səsi: Sizin bu yaxınlarda neft qiymətləri ilə bağlı yazdığınız statusa yenə ictimaiyyətin diqqəti yönəlib və biz bu məsələ ilə bağlı sizə bir neçə sual vermək istəyirdik.

Reallıq bundan ibarətdir ki, xam neftin qiyməti düşməkdədir. Bu da elə bizim ABŞ-dakı təcrübəmizdən göstərir ki, belə bir halda benzinin də qiyməti düşür. Bəs Azərbaycanda vəziyyət necədir?

Aslan İsmayılov: Azərbaycancda bu günə qədər neft 120-130 dollardan 50 dollara düşməsinə baxmayaraq, benzinin qiymətində heç bir dəyişiklik olmayıb. Mənim də yazdığım statusda məqsəd bütün dünyada neftin qiymətinin düşməsi ilə neftdən istehsal olunan məhsullar, o cümlədən benzinin qiyməti düşdü, Azərbaycanda isə buna əməl olunmadı. Ona görə mən bu məsələni qaldırdım.

Amerikanın Səsi: Siz statusunuzda bildirmisiniz ki, keçən il neftin ucuzlaşmasından sonra Gürcüstan hökuməti benzin ucuzlaşmadığına görə SOCAR da daxil olmaqla, bir neçə şirkəti cərimələmişdi. Azərbaycanda bu tendensiya tətbiq olunsa, hansı qurumlar cəzalandırılmalıdır?

Çıxış yolu təcili olaraq ölkədə liberallaşma, siyasi, iqtisadi islahatların aparılmasıdır, ona görə ki, hər gecikmiş gün Azərbaycan hakimiyyətinin sonunu yaxınlaşdırır.

Aslan İsmayılov: Bəli, milyonlarla cərimə kəsilmişdi. Yəni bir şey deyim ki, Gürscüstanda və Ukraynada benzinin qiymətini aşağı salan bir çox operatorlar ,o cümlədən Azərbaycanı təmsil edən SOCAR aşağı saldı.Həm İsveçrədə, həm Gürcsütanda, həm Ukraynada, amma Azərbaycan bu dəyişikliyə getmədi. Bir çoxları bu dəyişikliyi Azərbaycanda izah etmək istəyirlər ki, benzinin qaldırılması, ya düşməsi neftin qiymətindən asılı deyil. Bu cür deyənlərə isə mən cavab vermək istəyirəm ki, bizdə bir dəfə təxminən 30-35 faiz neft məhsullarının qiyməti qalxdı( yəni benzinin cürbəcür növlərinin) və onda həmin Tarif Şurası Azərbaycanda benzinin qalxmasını dünyada neftin qiymətinin qalxması ilə izah etdi.

Bundan başqa Azərbaycanın hakimiyyət strukturları elan etdi ki, həm Azərbaycan qanunverciliyinə görə, həm də dünyəvi azad bazar iqtisadiyyatı, azad sahibkarlığı olan bir ölkədir. Azad ölkələrdə isə qiymətlərin tənzimlənməsi hökmən dünya ilə uzlaşmalıdır. Ancaq qapalı cəmiyyətlərdə - Venezuela, İran, Şimali Koreyada - daxildə istənilən malı istənilən qiymətə satmaq olar, xarici dünya ilə hesablaşmadan. Azərbaycanda isə bunun yol verilməsi ancaq və ancaq məmur özbaşınalığı ilə bağlıdır.

Amerikanın Səsi: Son sualımız isə bundan ibarətdir ki, iqtisadiyyatının 90 faizinin neftdən asılı olan Azərbaycan üçün xam neftin ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək?Yəni sözsüz ki, bu mənfi təsir olacaq, amma hökumət və aidiyyatı qurumlar vəziyyətin daha da pisləşməməsi üçün nələr etməlidir?

Aslan İsmayılov: Birmənalı şəkildə neftin qiymətinin iki dəfədən artıq düşməsi Azərbaycan iqtisadiyyatı üçün ölümcül zərbədir. Bundan başqa, yəni neftin qiymətinin düşməsindən başqa, Azərbaycanda bu günlərdə elan olunana görə, əvvəlcə İsrail, bu gün isə Avropa Azərbaycan neftini almaqdan da imtina edir. Bu da hasilatın azalmasına gətirib çıxaracaq. Demək büdəcinin 80-90 faizini təşkil edən neft pulları olmayacaq. Bu, ölkə iqtisadiyyatı üçün ölümcül zərbədir. Bunun çıxış yolu təcili olaraq ölkədə liberallaşma, siyasi, iqtisadi islahatların aparılmasıdır, ona görə ki, hər gecikmiş gün Azərbaycan hakimiyyətinin sonunu yaxınlaşdırır. Bunun üçün birinci növbədə inhisarçılıq aradan götürülməlidir, rüşvət, korrupsiya yığışdırlmalıdır, vergidə, gömrükdə şəffaflıq təmin olunmalıdır və onunla bir yerdə siyasi islahatlar getməlidir. Siyasi məhbuslar azad olunmalıdır. Qarşıdan gələn parlament seçkiləri həqiqi mənanda azad və ədalətli keçirilməldir.

Azərbaycanda vəziyyətin gərginləşəcəyini nəzərə alaraq azad seçkilər keçirilib, həqiqətən xalqı təmsil edən parlament formalaşmalıdır ki, cəmiyyətdə olan narazaılqlar parlament vasitəsilə müzakirə olunsun və çözülsün

Buna ehtiyacın olduğunu bir daha göstərən bu yaxınlarda baş verən Mingəçevir hadisələri oldu. Ona görə ki, Mingəçevirdə həqiqi mənada elə görünməmiş bir hadisə baş verməmişdir. Faciədir, bəli, amma bu faciə insanların küçələrə çıxmasına səbəb olan faciə deyildi. Insanların küçələrə çıxmasının səbəbi insanlarda yığılmış narazılığın ifadəsi id. Bu narazılıq aradan qaldırılmalıdır. Bundan başqa Azərbaycanda vəziyyətin gərginləşəcəyini nəzərə alaraq azad seçkilər keçirilib, həqiqətən xalqı təmsil edən parlament formalaşmalıdır ki, cəmiyyətdə olan narazılıqlar parlament vasitəsilə müzakirə olunsun və çözülsün. Əgər elə bir parlament olmasa butün narazılıqlar küçələrdə çözüləcək. Küçələrdə çözülən narazılıqlar isə xaosa və ölkənin çökməsinə aparacaq. Bir var bir nəfər prezident bütün ölkə üçün məsuliyyət daşıya, bir də var bununla prezident ölkədə baş verənlərdə məsuliyyəti parlamentə və parlamentdə təmsil olunan 125 kişi ilə bölüşsün.

Show comments

XS
SM
MD
LG