Accessibility links

"Rəis istədi məni aldada ki, səhv yoldayam" - Aslan İsmayılov sərbəst buraxıldı [Müsahibə]


Tanınmış hüquqşünas Amerikanın Səsinə açıqlamasında hadisənin necə baş verdiyini şərh edib

Bu gün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısından Nərimanov Rayon Polis Bölməsinə aparılan tanınmış hüquqşünas Aslan İsmayılov təxminən bir saatdan sonra sərbəst buraxılıb. Amerikanın Səsinə (www.amerikaninsesi.org) açıqlamasında Aslan İsmayılov bildirib ki, polis bölməsində gözləyəndən sonra onu polis rəisi qəbul edib: "Bizim söhbətimiz oldu. Rəis istədi məni aldada ki, mən səhv yoldayam. Mən də izah etdim ki, xeyr, mən düz yoldayam və olduğum yoldan əl çəkmək fikrim yoxdur".

Aslan Ismayılovun sözlərinə görə burada bütün söhbət Rəşad Ramazanlının mayın 9-dan cibinə nəşə atılaraq, qanunsuz olaraq həbs olunmasına yönəlməlidir. "Onun dəfələrlə döyülməsi, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona işgəncə verilməsi faktları araşdırılmalıdır. Rəşad Ramazanlını müdafiə edəcək heç kimi yoxdur" - deyə Aslan İsmayılov bildirib. Hüquqşünas deyib ki, Ramazanlının 8 aylıq hamilə yoldaşı ona müraciət etdiyi üçün o, özü həbs edilən fəal üçün vəkil tutub.

Aslan İsmayılovun Amerikanın Səsinə açıqlamasına qulaq asın:

Show comments

XS
SM
MD
LG