Accessibility links

Aslan İsmayılov: Dənizin hasarlanmasının səbəbi... acgözlük, acgözlük və yenə acgözlük [Video-müsahibə]


Aslan İsmayılov: Dənizin hasarlanmasının səbəbi... acgözlük, acgözlük və yenə acgözlük
please wait

No media source currently available

0:00 0:08:05 0:00

Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində Xəzər dənizinin sahilinin qanunsuz çəpərlənməsi, hökumətin qanunvericiliyin tələblərini bərpa etməməsinin səbəbləri və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: Siz Xəzər dənizinin sahillərinin qanunsuz tutulması ilə bağlı videofakt tərtib edibsiniz. Dənizin hansı şəhərlərə yaxın əraziləri qanunsuz olaraq tutulub?

Aslan İsmayılov: Bütün ərazisi. Yəni, Xəzərin boş qalan sahil ərazisi faktiki olaraq yoxdur. Xüsusilə, ənənəvi Bakı şəhərinin çimərlik zonası tamamilə tutulub.

Amerikanın Səsi: Kimlər tərəfindən tutulub, necə tutulub?

Bu gün əhalinin kasıb təbəqəsinin gedə biləcək pulsuz çimərlik yeri yoxdur.

Aslan İsmayılov: Mən bu məsələni araşdırmamışdan qabaq bir məsələni deyim ki, hələ keçən il bu vaxtları hamımızın hörmət etdiyimiz Zeynəb Xanlarova Milli Məclisdə çıxış etdi. Amma, çox təəssüf edirəm ki, millət adından orada oturan Qalib Salamzadə kimi, Elmira Axundova kimi millət vəkilləri xalqın, millətin mənafeyini yox, məmurların, öz yaxın ətrafının mənafeyini qorudu və Zeynəb xanıma dəstək vermədilər. Bu Azərbaycan üçün böyük bir problemdir. Ona görə ki, mən bu məsələnin uzun müddət araşdırmasını apardım. Bu gün əhalinin kasıb təbəqəsinin gedə biləcək pulsuz çimərlik yeri yoxdur. Dünən mənim yanıma Pirşağı qəsəbəsindən bu məsələ ilə bağlı bir nəfər gəlmişdi. Onun dediklərindən və mənim də müşahidə etdiklərimdən bir şey gördüm. Bu dəqiqə o qədər dəniz kənarını bağlayıblar ki, haradasa 20-30 metrlik bir cığır qoyublar. İnsanlar oraya çimmək üçün getmir, sadəcə Sovet dövrü gedib növbədə duranda demirdilər, çəkil bir az mən də yerləşim, bir sözlə, ayaq üstə durmaq üçün dəniz kənarına gedirlər.

Xəzərin sahili hasarlanıb (Karikatura rəssam Gündüz İsmayılovundur)
Xəzərin sahili hasarlanıb (Karikatura rəssam Gündüz İsmayılovundur)

Tutanlar kimdir? Tutanlar hamısı məmurlardır, hamısı Cahangir Əsgərovlar, hamısı onun tip adamlardır. Mən bir şeyi sizin nəzərinizə çatdırım, hələ 2003-cü ildə rəhmətlik Heydər Əliyev bu məsələnin ciddiliyini bildiyindən, 2003-cü il 13 yanvar tarixli sərəncam imzalayıb. Sərəncamın preambulasında yazılır: “Əhalinin çoxsaylı şikayətlərini nəzərə alaraq Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək qərara alıram. Xəzər dənizinin 130 metrlik sahil sahəsində tikilmiş fiziki, ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.

Amerikanın Səsi: Bundan sonrakı qanunvericiliyə görə, dənizin 20-50 metr sahili tutula bilməz. Amma, sizin tərtib etdiyiniz video görüntülərdə demək olar ki, Abşeron yarımadasında dəniz sahilinin böyük hissəsi hasarlanıb. Hətta hasarlar dənizin içərisinə də uzanır. Sizcə hökumət niyə tədbir görmür?

Hansının ki, dənizin içərisinə doğru irəliləmiş hasar arasında olan yeri 10 hektarlarla ölçülür.

Aslan İsmayılov: Birinci, o 20-50 metr sahə ilə bağlı. Rəhmətlik prezident Heydər Əliyevin 2003-cü il sərəncamından sonra 2008-ci ildə yeni bir sərəncam oldu, həmin sərəncama düzəliş etdilər. 130 metrlik sahəni endirdilər 20-50 metrə. Amma, bununla belə həmin sərəncamda yenə qeyd olundu ki, əhalinin dənizə girmə hüququnu məhdudlaşdırmaq olmaz. Bundan başqa, bu gün qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də dəniz kənarının hasarlanması qadağandır. Bunun qarşısını niyə almırlar? Ona görə ki, bunun qarşısını alacaq ölkədə olan bir 7-8 məmur qruplaşması var, həmin bu qruplaşmadır. Siz hakimiyyətdə ciddi dayağı olmayan bir şəxsin orada yerinin olduğunu görə bilməzsiniz. Ona görə ki, mən gözəl bilirəm ki, deyək, Şıxovdan o tərəfə olan sahədə çoxlu yerli sakinlər müvəqqəti yerlər tutmuşdular, balıq üçün, başqa məqsədlər üçün istifadə edirdilər və icarəyə də götürmüşdülər. Sonra həmin oliqarxlar onların hər birinin əlindən aldı, hər birinin. Tək ora deyil. Hakimiyyətin bu gün bəlası odur ki, sosial şəbəkəyə fikir vermir. Mənim yaydığım o videoya yüz mindən çox adam baxıb.

Çəpərlənən dəniz
Çəpərlənən dəniz

İkinci, 500 min adam o səhifəni görüb. Hansını ki, mən öz facebook səhifəmdə yaymışdım. Yəni hər şüuru üstündə olan iki nəfərdən biri buna etiraz bildirir. Bu cür etiraza fikir bildirməyən hakimiyyət, demək ümumiyyətlə öz taleyinə biganə olan bir hakimiyyətdir. Bunun da kökündə duran bir şeydir,- acgözlük, acgözlük və yenə acgözlük. Ona görə ki, orada tutulmuş şəxsi bağlar var. Hansının ki, dənizin içərisinə doğru irəliləmiş hasar arasında olan yeri 10 hektarlarla ölçülür. Məsələn, mən bir şeyi anlaya bilmirəm. Yaxşı, sənin gözün acdır, 100 metrəni özün üçün bağla. 5 kilometri hasarın içinə alıb, insanları gündə yandırmağa nə ehtiyac var?

Bu günləri həmin o hasarları insanlar özləri sökmək istəyib. Ancaq, polis bölmələri gəlib kənd əhalisinə qadağan edib ki, kim o hasara dəysə həbs olunacaq.

Amerikanın Səsi: Əgər hokumət vətəndaşların hüquqlarını, qanunvericiliyin tələblərini qoruya bilmirsə, vətəndaşlar nə etməlidir?

Aslan İsmayılov: Zeynəb xanıma bir daha deyirəm. Yəni, onun adını tez-tez hallandırmağım mənim xüsusi simpatiyamla bağlı deyil. Onun adını hallandırmağım onunla bağlıdır ki, Milli Məclisdə bəlkə də yeganə adamdır ki, insanlarla bağlı halı qaldırıb. Bu hakimiyyətin həmin o problemin qarşısını almamasının bir şərti var. Hamı bir-birindən asılıdır. Bu hakimiyyətin taleyini həll edənlər həmin oranı zəbt edənlərdir. Burada başqa adam yoxdur. Başqa hansısa iş adamı ola, ya başqa təsadüfi fiziki şəxslər ola, burada problem fiziki şəxslərlə bağlı deyil.

Mən yaydığım videoda hələ fiziki şəxslərin bağları da var. Orada deputatlar var, nazirlər var, Prezident Aparatının işçiləri var, konsern rəhbərləri var. Hansı ki, 10 hektar sahəni hasarlayıblar. Orada deyək, şəxsidən başqa, hüquqi şəxslərə də verilib. Şirkət yaradıb, iki dənə stolba qoyub, hasarlayıbdır, deyir buraya girmək on manatdır. Niyə, belə olmalıdır, niyə? Birinci xalqa məxsus olan Xəzər, qanunvericilikdə də təsbit olunub...

Sizə bir şey də deyim, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi insanlara azadlıq hüququ verir. Yəni, mən ölkə ərazisində azad hərəkət edə bilərəm. Amma, dəniz sahəsində bu yoxdur. Burada məhdudlaşır. İkinci, yenə konstitusiyanın 37-ci maddəsi – insanların istirahət etmək hüququ var. Bütün dünyada insanlar harada istirahət edir? Gölün, çayın, dənizin qırağında. Bizim bu hüquqmuzu da əlimizdən alıblar.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Çəpərlənən dəniz
Çəpərlənən dəniz

Aslan İsmayılov: Vəziyyətdən çıxış, rəhmətlik Heydər Əliyevin həmin 13 yanvar 2003-cü il sərəncamı yerinə yetirilməlidir. Özünə hörmət edən hakimiyyət rəhmətə getmiş olsa da prezidentin sərəncamına hörmət etməlidir. İkinci, mən bu gün YAP (iqtidarda olan Yeni Azərbaycan Partiyası-red) mənsublarına müraciət edirəm. Axı, siz hər addım başı etdiyiniz qanunsuz əməli də Heydər Əliyevin adına bağlayırsınız. Amma, Heydər Əliyevə niyə hörmət etmirsiniz, niyə hörmətsizlik edirsiniz. Axı, o sizə qəti tapşırıb ki, dəniz kənarını tutmaq olmaz.

Redaksiyadan: Aslan İsmayılovun videofaktı Facebook səhifəsində yayılıb. Amma, rəsmi Bakı hələ bu video görüntüyə münasibət bildirməyib. Lakin videoda əks olunanlar geniş sərt tənqidi reaksiyalara səbəb olub.

Amerikanın Səsi Aslan İsmayılovun müsahibəsində adlarını çəkdiyi şəxslərin və ünvanlarına tənqidi fikirlər səsləndirdiyi qurumların münasibətini dərc etməyə açıqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG