Accessibility links

Aslan İsmayılov: Mülkiyyət məhkəmə qərarı olmadan da vətəndaşın əlindən alınır (Audio)


Aslan İsmayılov: Mülkiyyət məhkəmə qərarı olmadan da vətəndaşın əlindən alınır (Audio)

Aslan İsmayılov: Mülkiyyət məhkəmə qərarı olmadan da vətəndaşın əlindən alınır (Audio)

Vəkil Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə minlərlə insanın mülkiyyət hüququnun pozulduğunu bildirib.

Science Mars Drought

Vəkil Aslan İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə minlərlə insanın mülkiyyət hüququnun pozulduğunu bildirib.

Sual: Vətəndaşların mülkiyyət və əmlak hüququ dövlət tərəfindən necə qorunur?

Cavab: Vətəndaşların mülkiyyət hüququnun dövlət tərəfindən qorunur ifadəsini demək yersizdir. Konstitusiya və “Mülki Məcəllə”də qəti şəkildə mülkiyyətin toxunulmazlığı yazılsa da real həyatda bunu görmək mümkün deyil. Ona görə ki, istənilən vətəndaşın əmlakını hakimiyyət nümayəndələri istənilən vaxt, istənilən şəkildə əlindən alır. Mülkiyyət hətta məhkəmə qərarı və ya qətnaməsi olmadan vətəndaşların əlindən alınır.

Sual: Faktlarınız varmı?

Cavab: Onlarla, yüzlərlə, minlərlə faktlar var. Sadəcə, son bir ildə Bakıda qış bulvarı, Bayraq meydanı adlandırdıqları yerə, Sulutəpə massivində evlərin uçurulmasına nəzər yetirmək lazımdır. Ən dəhşətlisi odur ki, bir çox hallarda məhkəmə qərarı olmadan belə evlər uçurulur. Məsələn, Sulutəpə massivində vətəndaşların evləri Dövlət Neft Şirkətinin hansısa silahlı qurumu tərəfində uçurulur. Bu fakt ölkədə baş verən özbaşınalığın ən bariz nümunəsidir.

Sual: Məhkəmələr vətəndaşların hüquqlarını, xüsusilə də əmlak hüquqlarını müdafiə edirmi? Çünki beynəlxalq təşkilatlar Azərbaycan hökumətini əmlak hüququnu qorumağa, vətəndaşlara layiqli kompensasiya verilməsinə çağırır?

Cavab: Kim ki, güman edir ki, Azərbaycan məhkəmələri onun mülkiyyət hüququnu qoruyacaq, o ya Azərbaycan məhkəmələrini tanımır, ya da qeyri səmimidir. Azərbaycan məhkəmələrində kiminsə mülkiyyət hüququnun qorunması qeyri-mümkündür Ələlxüsus da mülkiyyət hansısa məmur və ya oliqarx tərəfindən alınanda bu tamamilə mümkünsüz olur.

Sual: Bu günlərdə əmlak hüququ ilə bağlı beynəlxalq konfransda səsləndirilib ki, 20-ci əsrin əvvəllərində Sovet dövründə və 21 əsrin əvvəllərində Azərbaycanda mülkiyyət hüququ kütləvi halda pozulub. Siz necə hesab edirsiniz?

Cavab: Burada bir fərq var. Ötən əsrin əvvəllərində varlıların əmlaklarını əlindən alanlar kasıblar idi. Bu gün isə tam əksinədir. Əmlakı kasıb insanların əlindən varlı və harınlamış məmurlar alırlar. Təbii ki, hər iki halda mülkiyyət hüququ pozulub. Amma, Sovet dövründə hansısa, az da olsa bir sosial ədalət prinsipi var idi. Bu gün baş verənlərdə sosial ədalət prinsipi ümumiyyətlə yoxdur.

Sual: Dünən Azərbaycan prezidenti torpaqların dövlət nəfinə alınması ilə bağlı əsasnamə işlənməsi barədə Nazirlər Kabinetinə göstəriş verib. Amma, indiyədək mülkiyyətlər alınıb. Əgər, bu sahədə qayda müəyyənləşdirilməyibsə indiyədək mülkiyyət hansı əsaslarla alınıb?

Cavab: Azərbaycanda dövlət nəfinə mülkiyyətin alınması qaydası “Mülki Məcəllə”də əksini tapıb. Alqı vətəndaşlarla razılaşma əsasında olmalıdır. Əgər, vətəndaş razılaşmazsa, məhkəmə qaydasında evindən köçürülür. Yəqin yeni qaydalar, bizim əvvəllər təklif etdiyimiz kimi müəyyən ediləcək. Vətəndaşların əmlakı kiçik hissələrə bölünüb, hissə-hissə qiymətləndirilməlidir.

Sual: Siz uzun müddətdir ki, Zülfiqarlı qardaşlarının hüquqlarını məhkəmədə müdafiə edirsiniz. Bu işlə bağlı vəziyyət necədir?

Cavab: İstərdim ki, hamı Zülfiqarlı qardaşlarının işi ilə maraqlansın. Çünki, Zülfiqarlı qardaşlarının başına gələnlər mülkiyyət hüququnun pozulmasının bariz nümunəsidir. Zülfiqarlı qardaşlarının timsalında görürük ki, Azərbaycan hakimiyyəti istənilən şəxsin mülkiyyətini əlindən ala bilər, əmlakını əlindən almaq üçün özünü həbs edə bilər, əmlakını əlindən almaq üçün özünü ölkədən sürgün edə bilər.

Sual: Zülfiqarlı qardaşlarının hansı əmlakı əlindən alınıb? İndi qardaşlar haradadır?

Cavab: Zülfiqarlı qardaşlarının qanuni şəkildə özəlləşdirdikləri Bakı Poladtökmə və Bakı Elektroştamp zavodları, Elnur və Loğman Zülfiqarlı qardaşlarının mülkiyyətində olan iki böyük tikinti əllərindən alınıb. Qardaşlar 2005-ci ildə həbs edilmişdi. Bu dəfə də yenidən həbs ediləcəkləri ilə hədələnirdilər. Ona görə də Türkiyəyə qaçdılar və indi İstanbulda işlərini qururlar.

Artıq, aparıcı dünya mediaları Zülfiqarlı qardaşlarının işi ilə maraqlanır.

Sual: Azərbaycan məhkəmələri qardaşların şikayətlərinə baxıbmı?

Cavab: Azərbaycan məhkəmələrində Zülfiqarlıların işi ilə bağlı 7 iddia qaldırsaq da bir ilə yaxındır hər hansı iddia üzrə qərar ala bilmirik.

XS
SM
MD
LG