Accessibility links

Aslan İsmayılov: Barak Obamanın, Bill Qeytsin Masazırda villaları var?... onu həbs edəcəklər? [Video-müsahibə]


Aslan İsmayılov: Barak Obamanın, Bill Qeytsin Masazırda villaları var?... onu həbs edəcəklər?
please wait

No media source currently available

0:00 0:08:03 0:00

Viza Hüquq Firmasının rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində Milli Məclisin deputatı Rövşən Rzayevin hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi, bunun doğuracağı situasiya və ölkədəki mövcvud durumdan çıxış yollarından danışıb.

Amerikanın Səsi: Deputat Rövşən Rzayev Milli Məclisə ABŞ-a qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini bildirib. Münasibətiniz necədir?

Həmin bu təkliflər paketi Azərbaycan hakimiyyətinin mövqeyidir. Mən buna bir gülünc mövqe, ağılsız mövqe də deməyim, bu anlaşılması çətin olan bir mövqedir.

Aslan İsmayılov: Çox mənfi. Yadınızdadırsa ABŞ-ın Azərbaycana qarşı sanksiya məsələsi gündəmə çıxandan sonra (bir də bu devalvasiya məsələsi üst-üstə düşdü) mən əhalini və insanları bir sakitliyə çağırdım ki, bu, bir fəlakətdir. Fəlakət dövrü panika (təşviş-red) çox pis şeydir. Amma, mən yüzə-yüz əmin idim ki, Azərbaycan hakimiyyət təmsilçiləri ağıllı başla bu vəziyyətdən çıxmaq yolunu axtaracaqlar. Vəziyyətdən çıxmaq yolu da nə idi? Birinci növbədə, qərblə Azərbaycan arasında olan qarşıdurmaları aradan götürmək, bunun da birinci simptomu siyasi məhbus problemini kökündən həll etmək ola bilərdi. Bir anti-krizis komitəsi yaradıb, bu düşdüyümüz krizisdən çıxmaq, korrupsiyaya qarşı sözdə yox, həqiqətən real mübarizə aparmaq, iqtisadi liberallaşmaya keçmək, monopoliya, vergi özbaşınalığını aradan götürmək. Vergi sistemində yumşalma etmək. Bunu gözləyirdim. Mən gözləmirdim ki, Azərbaycan hakimiyyəti Amerikaya qarşı bu addımı atacaq. Burada siz səsləndirdiniz ki, bunu hansısa deputat irəli sürüb. Azərbaycanda elə bir sistemdir ki, 125 deputatın biri də Prezident Aparatının (Prezident Adminsitrasiyası nəzərdə tutulur-red) razılığı olmadan, tövsiyəsi olmadan hansısa bir təkliflə parlamentə gedə bilməz. Həmin bu təkliflər paketi Azərbaycan hakimiyyətinin mövqeyidir. Mən buna bir gülünc mövqe, ağılsız mövqe də deməyim, bu anlaşılması çətin olan bir mövqedir. Mən qanun layihəsini diqqətlə oxudum ki, orada nə nəzərdə tutulur. Dünyada iqtisadi inkişafın nümunəsi olan bir ölkəni korrupsiyada ittiham etmək olmaz. Ona görə ki, dünya artıq sübut edib ki, korrupsiya olan yerdə iqtisadi inkişaf olmaz. Amerika təkbaşına ümumdünya məhsulunun 23 faizidir. Dünyanın dörddə biridir. İkinci, Amerikanı insan haqlarının pozulmasında ittiham etmək olmaz. Ona görə ki, bu yöndə də Amerika bütün dünyaya nümunədir. Amerikanı irqçilikdə, ayrı-seçkilikdə ittiham etmək olmaz. Bu qanun layihəsini yazanlar bilməli idilər ki, Amerikada istənilən millət ən böyük vəzifədə təmsil olunub. Bir müddət əvvəl gürcü ABŞ müdafiə nazirliyinin baş qərargah rəisi idi. Bu gün qaradərili bu ölkənin prezidentidir. Amerikada olan milyarderlərin əksəriyyəti çin, yapon, italyan və digər əsilli insanlardır. Ümumilikdə, Amerika bir dövlət olaraq millətlərin, dinlərin, irqlərin rahat yaşayıb-yaratdığı bir məmləkətdir.

Amerikanın Səsi: Əgər elədirsə, bu qanun layihəsinin ortaya çıxmasına səbəb nədir?

. Artıq bu mövzu sosial şəbəkələrdə bir lağ obyektinə çevrilib. Yoxsa, bunlar gələcəklər Kürdəmirdə, Saatlıda dincəlməyə, biz də onu buraxmayacağıq.

Aslan İsmayılov: Onu başa düşmək çətindir. Bu, Amerikaya bir “xox” gəlməkdirsə, çox ağılsız addımdır. Bu ona bənzəyir ki, mən Taysonu (boks üzrə dünya çempionu Maykl Tayson nəzərdə tutulur-red) rinqə dəvət edirəm. Ümumiyyətlə bu, həm də anormallıqdır. Niyə? Ona görə ki, Amerikanın özünün bizə tətbiq etdiyi sanksiyalar həm də burada göstərilib. Deyək, Amerika konqresmenlərinin, senatorlarının buraya gəlməsi qadağa olunsun. Axı, həmin bu hakimiyyət Ziya Məmmədovların balalarının əli ilə xalqa məxsus olan milyardları Amerikada rüşvət verirdilər ki, konqresmenlər bura gəlsinlər. Onlar bura gəlmirdi. Zorla, pulun, rüşvətin hesabına buraya gətirirdilər. Bura gələn var? Yaxud da onların əmlaklarına həbs qoyulsun. Obamanın, Bill Qeytsin Masazırda villaları var? Yəqin onları həbs edəcəklər. Artıq bu mövzu sosial şəbəkələrdə bir lağ obyektinə çevrilib. Yoxsa, bunlar gələcəklər Kürdəmirdə, Saatlıda dincəlməyə, biz də onu buraxmayacağıq. Yəni, bu gülməli də deyil, ağlamalı da deyil, sadəcə bu məntiqi olmayan, heç bir ağıla, dərrakəyə sığmayan bir addımdır.

Amerikanın Səsi: Parlament belə bir qanun qəbul edərsə, bunun Azərbaycana faydası nə ola bilər?

Bu dəqiqə Azərbaycan hakimiyyəti Amerikaya “xox” gəlmək barədə yox, düşdükləri bu durumdan çıxış yolu axtarmalıdır.

Aslan İsmayılov: Mən bunun qəbul ediləcəyinə əsla inana bilmirəm. Mümkünsüzdür bu. Yəni, bunu o qədər ağılını itirmiş və ilaxır... İkinci demək istəyirəm ki, bu Azərbaycan hakimiyyəti haqqı-ədaləti deyənin hamısına ermənipərəst damğası vurur. Bu qanun layihəsinin ümumiyyətlə səsləndirilməsi, mətbuata çıxması məhz ermənilərə qulluq etmək deməkdir. Ermənilər də bundan istifadə edəcəkdir. Mən fürsətdən istifadə edib, bir daha hakimiyyət təmsilçilərinə müraciət edirəm. Özünüzü biabır edibsiniz, o sizin öz işinizdir. Amma, bu Azərbaycan dövlətini biabır etməyin! Azərbaycan dövlətini dünyada lağ obyektinə çevirməyin! Ölkədə reallıq hissini itirməyin! Ölkədə yaranmış faciəli durumdan çıxış yolu axtarın! Bu dəqiqə Azərbaycan hakimiyyəti Amerikaya “xox” gəlmək barədə yox, düşdükləri bu durumdan çıxış yolu axtarmalıdır. Bu çıxış yolu da, mən fikirləşirdim, bu günə, sabaha Azərbyacan Respublikası prezidentinin bir təklifi, yığıncağı olacaqdır ki, təcili anti-krizis qurumu yaransın. Bu anti-krizis qurumuna Nazirlər Kabinetinin qocalar evini xatırladan nümayəndələri gəlməsin, yeni bir qüvvə gəlsin. Mən əminəm ki, bu gün Artur Rasizadə (baş nazir-red)və onun komandası Mixeil Saakaşvilidən də ağıllı, mütərəqqi ideyalarla çıxış etsə də işləməyəcək. Ona görə ki, insanlar bunlara inanmır.

Amerikanın Səsi: Hazırki situasiyada hökumət hansı addımları atmalıdır, nə etməlidir?

Bu gün hökumət təcili anti-krizis mərkəzi yaratmalıdır, islahatlara getməlidir. Birinci növbədə monopoliya ortadan götürülməlidir, əvəzində monopoliya davam edir.

Aslan İsmayılov: Birinci növbədə hökumət vəziyyətin faciəli olduğunu anlamalıdır. Mən başa düşürəm ki, Azərbaycana idman lazımdır. Özüm idmanı sevən adamam. Bu gün hökumət təcili anti-krizis mərkəzi yaratmalıdır, islahatlara getməlidir. Birinci növbədə monopoliya ortadan götürülməlidir, əvəzində monopoliya davam edir. İkinci növbədə vergidə yumşalma olmalıdır, əksinə vergi insanları boğur. Üçüncü növbədə korrupsiya, rüşvətxorluq, sahibkarlığa olan əngəllər aradan götürülməlidir. Əksinə, bura gəlməmişdən qabaq bildim ki, yeni yoxlamalar, yeni pul tələbləri irəli sürülür. Bir də o kasıb təbəqə ki, hansı ki, ölkəni xaosa sürükləyə bilər, onların vəziyyətini yüngülləşdirmək lazımdır. Mən dünən bilmişəm ki, bu gün banklar var ki, insanlara 30-33 faizlə dollarla kredit verib. Bu faciədir, bu təcili götürülməlidir.

Qeyd: Bu müsahibin şəxsi mülahizələridir.

XS
SM
MD
LG