Accessibility links

AŞPA-da Azərbaycanda demokratik institutların fəaliyyəti müzakirə olunur [Yenilənib]


AŞPA-da müzakirə (Foto azadliq.info saytınındır)
AŞPA-da müzakirə (Foto azadliq.info saytınındır)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı müzakirə başlayıb.

Azadliq.info saytının Starsburqda müzakirələri izləyən müxbirinin məlumatına görə, müzakirələrə AŞPA sədri Anna Brassör rəhbərlik edir.

İlk çıxışçı Azərbaycan üzrə məruzəçi Pedro Aqramuntdur. O hazırladıqları hesabatın təsirlərdən kənar, obyektiv olduğunu bildirib.

"Müzakirəyə vaxt qalması üçün qısa danışacam. Hesabatı hər hansı təsirdən kənar hazırlamağa çalışmışıq. Çalışmışıq həqiqəti obyektiv təsvir edək. Fikrimizi dəyişməyimiz üçün bizə qarşı çox təsirlər olub, o cümlədən hakimiyyət tərəfdən".

Digər məruzəçi İvinski çıxışında Azərbəycan ərazilərinin 20 ilden çox işğalda olduğuna toxunub və deyib ki, bu konflikt ölkədə başqa problemlərə də təsir edir. İvinski, hesabatın hazırlanması prosesində Bakıda keçirdikləri görüşləri və iki cəzaçəkmə müəssisəsində olduğlarını qeyd edib.

"Noyabrda Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hesabatda biz bu dillemaya cavab tapmağa çalışmışıq-sabitlikmi, insan haqlarımı?"

Çıxışlarda Azərbaycanda insan haqlarının pozulması, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçilərinin həbs olunduğu, AŞ dəyərlərinin pozduğu vurğulanır

Çıxışçılardan biri Azərbaycanda nümayəndə heyətinə çağırış edib ki, inkar və göz yummaqla vəziyyəti dəyişmək mümkün deyil, mərdi-mərdanə problemlərin həllinə çalışmaq lazımdır.

Bunu deyən deputat, Leyla Yunusun həbsxanada ölüm təhlükəsi ilə üzləşdiyini, onun qızının kömək gözlədiyini bildirib.

Çıxış edən başqa bir parlamentar isə qeyd edib ki, Azərbaycanda vəziyyət despotizmə aparıb çıxara bilər və bu AŞ-nın prinsiplərinə ziddir. Azərbaycanda KİV tamamilə hakimiyyətin nəzarətindədir, vətəndaş cəmiyyəti dağıdılıb, ictimai fəaliyyet faktiki qadağandır.

Digər çıxışçı ATƏT- in Bakıda ofisinin qapadılmasını neqativ hadisə kimi vurğulayıb.

Almaniyalı parlamnetar Azərbaycan hakimiyyətinin insan haqlarına münasibətini tənqid edib:

"Azərbaycan gözəl ölkədir, məğrur xalqı var. Amma hökumət bizim insan haqları ilə bağlı dəyərlərimizə heç bir hörmət qoymur. Biz heç bir izahatla Azərbaycanda insan haqlarının pozulmasına bəraət verə bilmərik. Azərbaycan hakimiyyəti bizim dəyərlərə hörmət etməyə borcludur".

Digər parlamentari daha sərt danışıb. O, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilmədiyini, hazırkı ölkə başçısının hakimiyyəti atasından təhvil aldığını bildirib:

"Azərbaycanda azad seçki yoxdur. Huquq müdafiəçiləri, söz azadlığı basqı altındadır. İndiki ölkə başçısı hakimiyyəti atasından tehvil alıb və mütləq hakimiyyətə malikdir. Azərbaycanda sabitliyin həqiqi təminatı demokratiyanın bərqarar olması ola bilər".

Növbəti çıxışçı Azərbaycanda prezident hakimiyyətinin çox güclü olmasının yaxşı hal olmamasından danışıb:

"Parlament hakimiyyətinin rolu artırılmalıdır, o cümlədən icra hakimiyyətinə nəzarət baxımından. Bu, demokratiyanın inkişafına təkan verərdi".

Azərbaycan nümayəndə heyyətinin üzvü Rəfael Hüseynov Azərbaycanın inkişaf etdiyini vurğulayıb, səslənən tənqid və iradları Aəzrbayanı yolundan döndərmə cəhdi kimi dəyərləndirib:

"Azərbaycan geosiyasi maraqların kəsişməsində yerləşir, çiçəklənib inkişaf edir. Bəziləri ölkəmizi öz təsirlərinə salmaq, müstəqil siyasətindən çəkindirmək istəyir. Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi inkişafın nümunəsidir və bundan qürur duyuruq".

Növbəti çıxışçı da Azərbaycanda siyasi məhbus məsələsinə toxunub və nümunə kimi Leyla Yunusun adını çoxsaylı siyasi məhbuslardan biri kimi qeyd edib:

"Leyla Yunus siyasi məhbusların siyahısı hazırlamışdı, indi özü və həyat yoldaşı da o siyahıdadır ve siyahı getdikcə genişlənir. AŞPA təzyiqləri artırmalıdır ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri icra etsin".

Avropa Şurası Parlament Assambleyasındakı dinləmələrə həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunus da qatılıb.

Norveçli deputat Lise Christoffersen:

"Kimsə Azərbaycanı Avropa Şurasına üzv olmağa məcbur etməyib. Söhbət təkcə hüquq müdafiəçisi, jurnalistlərin həbsindən yox, həm də onların sağlamlığından gedir. Mən bilmək istəyirəm ki, Azərbaycan Avropa Şurasına niyə üzv olub?"

Almaniyalı deputat Marieluise Beck:

"Burada söhbət Azərbaycanda siyasi məhbusun olub-olmamasından və ya neçə nəfər olmasından getmir. Əsas müzakirə mövzusu odur ki, Azərbaycan iqtidarı vətəndaş cəmiyyətindən qorxur, onları həbs edir. Çalışmalıyıq ki, Rusiyadakı Maqnistki hadisəsi təkrarlanmasın. Leyla və Arif Yunusları da eyni aqibət gözləyə bilər"

Az sonra məruzəçilər tərəfindən hazırlanan hesabat səsverməyə çıxarılacaq. Hesabat bənd-bənd səsverməyə çıxarılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG