Accessibility links

Avropa Sabitlik Təşəbbüsü AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin istefasını tələb edir


AŞPA Azərbaycandan siyasi məhbusların azadlığını tələb etməlidir

AŞPA Azərbaycandan siyasi məhbusların azadlığını tələb etməlidir

Qurum hesab edir ki, həmməruzəçilər Pedro Aqramunt və Cozefa Debono Qrex Azərbaycanda əsl vəziyyəti gizlətməyə və AŞPA-nı aldatmağa çalışır

Avropa Sabitlik Təşəbbüsü (ESİ) qeyri-hökumət təşkilatı Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı qeyri-obyektiv məruzə təqdim etdiyi üçün AŞPA-nın Azərbaycanda monitorinq üzrə həmməruzəçisi Pedro Aqramuntun istefasını tələb edib.

Bu bəyanat yanvarın 22-də qurumun yaydığı “Azərbaycanın Monitorinqi və ya Pedro Aqramunt istefaya getməlidir?” adlı hesabatında əks olunub.

Hesabat yanvarın 23-də AŞPA-da Azərbaycanla bağlı iki sənədə siyasi məhbuslar haqqında və Azərbaycanın öhdəliklərini yerinə yetirməsi haqqında məruzəçilər tərəfindən hazırlanmış məruzələrə baxılması ərəfəsində yayılıb.

Hesabat müəllifləri qeyd edir ki, həmməruzəçilər Pedro Aqramunt və Cozefa Debono Qrex 40 səhifəlik məruzələrində “Azərbaycanda əsl vəziyyəti gizlətməyə və AŞPA-nı aldatmağa çalışaraq”, bu ölkədə demokratiyanın inkişaf etdiyini idia ediblər.

“Azad və ədalətli seçkilər, söz azadlığı, toplaşmaq azadlığı və əsaslı siyasi və mülki azadlıqlar olmadan, bütün sahələrdə demokratiya ola bilməz. Azərbaycanda vəziyyət hələ 10 il əvvəl dəhşətli idi, indi isə daha da pisləşib”, deyə bəyanatda deyilir.

ESİ qeyd edir ki, hesabatda bu mənasız nümunələrdən başqa AŞ qarşısında seçkilər, plüralizm, yerli özünüidarə, işgəncələrin və amansız davranışın aradan qaldırılması, söz, toplaşmaq, birləşmək azadlığı, alternativ hərbi xidmət və ya azlıqların hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərə dair müsbət irəliləyişləin heç bir nümunəsi yoxdur.

Aqramunt və Qrexin məruzəsində rəsmi Bakının siyasi məhbusların olduğunu inkar etdiyi və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycana gəlməyindən imtina etdiyi barədə heç nə deyilmir.

Ümumiyyətlə, ESİ yazır ki, həmməruzəçilər bütün sahələrdə yüksək səviyyədə repressiya olmasına göz yumub ki, bu da AŞ standartlarına ziddir.

Məruzə müəllifləri qeyd edirlər ki, meyarlara görə hazırda Azərbaycan qeyri-demokratik dövlətdir və bu ölkədə səhih monitorinqə böyük ehtiyac var.

Ötən ilin mayında ESİ “Kürü diplomatiyası” məruzəsi ilə çıxış edib. Bu məruzədə Azərbaycan hakimiyyəti bahalı hədiyyələr və nərə kürüsü ilə AŞ üzvlərinin loyallığını əldə etməkdə ittiham edib.
XS
SM
MD
LG