Accessibility links

Görüş AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞOA) dünən keçirilən plenar iclasından sonra AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə onun iş otağında Azərbaycan və Ermənistanın nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutyunyan arasında görüş keçirilib.

APA agentliyinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bu məsələdə AŞPA-da hər iki ölkənin nümayəndə heyətləri arasında təmasların vacib olduğu qeyd olunub. Qurumda hər iki ölkənin nümayəndə heyətləri rəhbərləri və üzvləri arasında dialoqun davam etdirilməsi zəruriliyi bir daha vurğulanıb.

Bundan başqa, AŞPA sədri bu yaxınlarda hər iki ölkəyə səfər edəcəyini də bildirib.
XS
SM
MD
LG