Accessibility links

AŞPA həmməruzəçiləri Azərbaycanda azadlıqlarla bağlı durumu öyrənir


AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir
AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

Həmməruzəçilər hüquq müdafiəçiləri və media təmsilçiləri ilə görüşüb

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Qreş noyabrın 28-də Bakıda bir qrup hüquq müdafiəçisi ,vətəndaş cəmiyyətinin fəalları və media təmsilçiləri ilə görüşüb.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirib ki, görüş zamanı siyasi məhbuslar probleminə və toplaşma, ifadə, mətbuat azadlığının pozulmasına xüsusi diqqət yetirilib. Hüquq müdafiəçiləri qeyd ediblər ki, islamçıların siyasi məhbus kimi tanınması ilə bağlı vahid rəyləri yoxdur. Buna baxmayaraq, həbsdəki islamçıların sayı onlarladır, bu da “vicdan məhbusları” və siyasi məhbusların sayından bir neçə dəfə çoxdur.

Onlardan çoxunun işinə pozuntularla baxılıb, hicaba qadağanın əleyhinə etiraz aksiyalarında iştiraka görə həbs olunublar.

Hüquq müdafiəçiləri hesab edirlər ki, AŞPA-nın həmməruzəçiləri islamçıların cinayət işinin araşdırılmasında ədalətliliyə və qanunçuluğa nail olmalıdır.

Məruzəçilər bildiriblər ki, dekabrın 10-da hesabatın ilkin variantını açıqlayacaqlar. Bundan sonra hüquq müdafiəçiləri öz fikirlərini söyləyə bilər. Bu fikirlər AŞPA-nın 2013-cü il yanvar sessiyasına təqdim ediləcək yekun variantda nəzərə alınacaq.
Həmməruzəçilərin media təmsilçiləri ilə görüşündə isə media və İnternet azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə media və İnternet azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev həmməruzəçilərə mətbuata təzyiqlərdən və “Azadlıq” qəzetinin problemlərindən danışıb.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov İnternet azadlığına təhdidlər barədə məlumat verib. Bildirib ki, RATİ insan hüquqları, internet azadlığı haqında kitab hazırlayıb, lakin kitabın BMT-nin Bakıda keçirilən İnternet İdarəçiliyi Forumunda yayılmasına imkan verilməyib.

“Haqqım.az” saytının rəhbəri Eynulla Fətullayev isə deyib ki, başqa azadlıqlarla bağlı problemlər olsa da İnternet azadlığı sahəsində durum normaldır. Onun fikrincə, çap mediası sahəsində ciddi problemlər mövcuddur.

C.Qreş bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı problemlər var: “Bu problemlərin həlli üçün əlimizdən gələnləri edəcəyik”, - o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG