Accessibility links

AŞPA Sərsəng su anbarı üzrə məruzəçi təyin edib


Sərsəng su anbarı
Sərsəng su anbarı

Məruzəçi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın işğal edilmiş ərazisində yerləşən Sərsəng su anbarının vəziyyətinə dair qətnamə layihəsi üzrə məruzəçi təyin edib.

Qərar mayın 12-də Kiprdə (Nikosiya) Avropa Şurası Parlament Assambleyasının Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclasında qəbul edilib.

İclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxıdan olan millət vəkili Elxan Süleymanovun təqdim etdiyi

“Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç məruzəçi təyin edilib.


Sərsəng su anbarına diqqətin cəlb edilməsi Azərbaycanın bitişik rayonlarında yaşayan əhaliyə ermənilər tərəfindən təhlükənin yaradılmasıdır.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində dəniz səviyyəsindən 726 metr yüksəklikdə inşa edilib. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bunun nəticəsində Azərbaycanın cəbhəyanı rayonları anbarın su resurslarından istifadə edə bilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG