Accessibility links

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) iyunun 15-17-də Azərbaycanda olacaq.

AŞPA-nın məlumatında deyilir ki, onlar prezident, parlamentin sədri, baş prokuror, ədliyyə naziri və MSK rəhbəri, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin üzvləri ilə görüş keçirəcəklər.

Bundan əlavə, vətəndaş cəmiyyəti, KİV, parlamentdənkənar müxalifət partiyalarının təmsilçiləri, həmçinin Bakıdakı beynəlxalq birliklərin nümayəndələri ilə görüşəcəklər.

Belçikalı deputat Alen Destex də Şennak və Predaya qoşulacaq. Onlar birlikdə 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilərinin monitorinqini keçirəcəklər.

XS
SM
MD
LG