Accessibility links

AŞPA məruzəçiləri Azərbaycana gəlib


AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex

AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex

Pedro Aqramunt və Cozef Debono Qrex ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin reallaşması ilə tanış olacaqlar

İyunun 11-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrexin (Malta) Bakıya rəsmi səfəri başlayıb.

Məruzəçilər parlamentin spikeri Oqtay Əsədov, Daxili İşlər, Ədliyyə Nazirliyi rəhbərləri, parlamentdə təmsil olunan partiya liderləri ilə görüşəcəklər. Onlar AŞPA-nın Azərbaycan üzrə qətnamələrinin və ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin reallaşması ilə tanış olacaqlar.

İyunun 13-də axşam məruzəçilər səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Yanvarın 23-də AŞPA Azərbaycanın AŞ qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə Aqramunt və Qrexin məruzəsi əsasında hazırlanıb.

Sənəddə Azərbaycan hakimiyyəti toplaşmaq və ifadə azadlığına əməl etməyə, QHT-lərin qeydiyyatına və fəaliyyətinə olan maneələri aradan qaldırmağa, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunu sadələşdirməyə, ehtimal olunan siyasi məhbuslar problemini həll etməyə çağırılır.
XS
SM
MD
LG