Accessibility links

Hüquq müdafiəçiləri Azərbaycanda AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi mandatının davam etdirilməsini istəyir


AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

Hüquq müdafiə təşkilatları, siyasi partiya rəhbərləri, siyasi məhbuslar AŞPA prezidentinə müraciət edib

45 hüquq müdafiə təşkilatı, siyasi partiya rəhbəri və çoxsaylı keçmiş siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona müraciət edib.

Sənəddə deyilir ki, Azərbaycan hakimiyyətinin şübhəli təbliğatı nəticəsində AŞPA-nın 23 yanvar 2013-cü il sessiyasında “Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” üzrə hesabata qarşı gerçəkliyi əks etdirməyən fikirlər səslənib, bu barədə qətnamə layihəsi 125 nəfər AŞPA üzvünün əleyhinə səs verməsi nəticəsində qəbul edilməyib.

Müraciətdə AŞPA prezidentinə bu xahişlər ünvanlanıb:

- Azərbaycanda hazırda 60-dan artıq şəxsin siyasi motivlərlə həbsdə olduğu və ya məhkəmə qərarı gözləməklə potensial siyasi məhbus olduğu nəzərə alınaraq AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçi mandatı davam etdirilsin;

- AŞPA-nın son sessiyasında “Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” barədə qətnamə layihəsinin əleyhinə səs vermiş şəxslər (Azərbaycan və Rusiya parlamentinin üzvləri istisna olmaqla) yerli və beynəlxalq ictimaiyyətə bu qərarlarının səbəbi barədə ətraflı və qənaətbəxş izahat təqdim etsinlər;

- Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası üzrə monitorinqinə məsul AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Cosef Qrexin fəaliyyətinə olan inamın sarsıldığı nəzərə alınaraq bu şəxslərin mandatı ləğv edilsin, onlar digər AŞPA üzvləri ilə əvəzlənsin;

- AŞPA-nın son sessiyasında “Azərbaycanda siyasi məhbus məsələlərinin izlənilməsi” barədə qətnamə layihəsinin əleyhinə səs vermiş şəxslərə Azərbaycan ictimaiyyətinin etimad etmədiyi bildirilməklə onlara 16 oktyabr 2013-cü il prezident seçkisi ilə bağlı AŞPA-nın beynəlxalq seçki müşahidə missiyasında təmsilçilikdən imtina etməsi tövsiyə olunsun.
XS
SM
MD
LG