Accessibility links

Müsavat Partiyası hökuməti AŞPA-nin qətnaməsini yerinə yetirməyə çağırır


Musavat Partiyasi
Musavat Partiyasi

Müsavat Partiyası bəyan edir ki, hakimiyyət mütərəqqi dəyərlərə zidd fəaliyyətə, dünya birliyinə qarşı uğursuz təbliğat kampaniyalarına, Azərbaycanı dünyadan təcrid siyasətinə son qoymalı, qaldırılan siyasi və insan haqları problemlərinin həlli yolunda əməli addımlar atmalı, ilk növbədə siyasi məhbusları dərhal azadlığa buraxmalıdır. Bu barədə Müsavat Partiyasının Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun 23-də “Azərbaycanda demokratik institutların fəaliyyəti” ilə bağlı qəbul etdiyi qətnamə barədə açıqlamasında deyilir.

“Qəbul edilən qətnamə, xüsusilə də Azərbaycan hakimiyyətinin siyasi islahatlar və demokratikləşmə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, siyasi məhbusları azad etməkdən imtina etməsi məsələsinə dair bölmə Azərbaycandakı mövcud vəziyyəti tam əks etdirir”, Müsavat bildirir.

Partiya hesab edir ki, Azərbaycan hakimiyyəti daxili siyasətdə avtoritarizmi möhkəmləndirmə xəttindən əl çəkməməklə, xarici siyasətində mütərəqqi dünyanı Azərbaycana qarşı çevirməklə dövlət maraqlarını və ölkənin milli təhlükəsizliyini ağır zərbə altına qoyur.

Bununla yanaşı, Azərbaycan parlamentinin AŞPA-dakı daimi nümayəndə heyəti ölkədə fundamental azadlıqlaın bərpasını və azad seçkilərin keçirilmısini dəstəkləyən qətnamənin əleyhinə çıxış edib. Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə siyasi və fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bəyan edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG