Accessibility links

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Report agentliyi xəbər verir ki, deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir.

Səfərin məqsədi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən əvvəl seçkiqabağı kampaniyanın aparılması şəraitini və seçkiöncəsi vəziyyətin öyrənilməsidir.

AŞPA nümayəndə heyəti sentyabrın 21-22-də Milli Məclisin sədri Oqtay Əsədovla, parlamentdə təmsil olunan siyasi partiya liderləri, eləcə də müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək. Həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, QHT və KİV nümayəndələri ilə görüşlər də planlaşdırılıb.

XS
SM
MD
LG