Accessibility links

AŞPA həmməruzəçiləri prezidentlə görüşüb


İlham Əliyev, AŞPA həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak

İlham Əliyev, AŞPA həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak

Prezident İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennakla görüşüb.

Prezidentin rəsmi saytının məlumatına görə, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan həmməruzəçilər bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Prezidentinin sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib və bunların önəmini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib. Dövlət başçısı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG