Accessibility links

Rəcəb Təyyib Ərdoğan Suriya prezidentini siyasi meyid adlandırıb


Suriya prezidenti Bəşər əl-Əsəd deyib ki, müxalifət qüvvələri hökumətə qarşı müharibədən qalib çıxmayacaqlar, lakin danışıqlar üçün qapı açıq qalır.

Misirin həftəlik Əl-Əhram əl-Arabi qəzetinin bugünkü buraxılışında yayımlanan şərhdə cənab Əsəd deyib ki, hökumətə qarşı terror hücumları həyata keçirən silahlı qruplar ictimayyət arasında populyar deyil və sonda qələbə çalmayacaqlar.

Prezidentin şərhi Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan onu siyasi meyid adlandırması ilə eyni vaxta təsadüf edib. Vaşınqton Post qəsetinə müsahibə verən cənab Ərdoğan İran, Çin və Rusiyanın Suriya ilə müttəfiq olduqlarını və Əsədin gedəcəyini, lakin onu kimin əvəz edəcəyi sualının yarandığını bildirib.

Məqalədə o, həmçinin müxalifət qüvvələrini dialoqa çağırır və dialoq əvəzinə silahı seçən qüvvələrin Suriya ordusu ilə üzləşəcəyi barədə xəbərdarlıq edir.

Prezidentin şərhləri Suriyanın İnsan Haqları qrupunun rejimin ölkənin şimalında bir neçə ərazini bombardman etdiyi barədə məlumat verməsi eyni vaxta təsadüf edir.

Britaniyada qərargahlanmış Suriya İnsan Haqları Müşahidə qrupu bu gün Hələb şəhərində üsyançılar və rejim qüvvələri arasında döyüşlərin getdiyi xəbərini verib. Dəməşqdə və paytaxtın ətrafında partlayışların eşidildiyi deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG