Accessibility links

Culian Assanj ABŞ-ın Federal Təhqiqat Bürosunu səriştəsizlikdə ittiham edib


WikiLeaksin təsisatçısı Culian Assanj ABŞ-ın Federal Təhqiqat Bürosunun hakerliklə bağlı məlumatlarını dərc etdikdən sonra qurumu səriştəsizlikdə ittiham edib.

"Bu dağıdıcı qabiliyyətsizlik bir arsenal yaradaraq hər şeyi bir yerə toplamış, lakin təhlükəsizliyini təmin edə bilməmişdir"- deyə Assanj mətbuat konfransında bildirib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) hək edilməsi Amerika kəşfiyyat icmasının məxfi məlumatın qorunmasına dair qabiliyyəti ilə bağlı yeni suallar qaldırıb.

Bu dağıdıcı qabiliyyətsizlik bir arsenal yaradaraq hər şeyi bir yerə toplamış, lakin təhlükəsizliyini təmin edə bilməmişdir

Bu həftənin əvvəlində İnternetdə fəaliyyət göstərən WikiLeaks təşkilatı ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyini tam hək edə bilmək qabiliyyəti adlandırdığı minlərlə səhifədən ibarət gizli məlumat paylaşıb.

Amerikanın Səsi WikiLeaks veb səhifəsində dərc edilən 8771 sənədin həqiqiliyini müstəqil şəkildə araşdıra bilməyib. Lakin kiber təhlükəsizliyi üzrə mütəxəssislər və sabiq kəşfiyyat rəsmiləri bildirib ki, sənədlərin çoxunun həqiqi olduğuna inanılır.

“Mən bu dəqiqə Mərkəzi Kəşfiyyat Agentliyinin zabiti ilə danışdım. O mənə baş verənlərin çox pis bir hal olduğunu dedi. O, agentliyin daxilində ciddi araşdırmaların gedəcəyini bildirdi. O çox təccüblənmişdi və baş verənlərə görə insanların işlərini itirə biləcəyini bildirib”, deyə Associated Press agentlyinin Kiber təhlükəsizliyi məsələlərinə dair yazarı Rafael Satter bildirib.

WikiLeaks bildirib ki, kəşfiyyat agentliyinin kiber üsulları ABŞ hökumətinin bəzi sabiq hakerləri arasında yayılıb və onlardan biri bu onları WikiLeaks-lə bölüşüb.

WikiLeaks-in Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatlarını hək etməsi barədə xəbərlər Amerika kəşfiyyat orqanları ilə Rusiyanın ABŞ seçkilərinə müdaxilə məqsədilə haker hücumlarına dair Donald Tramp administrasiyası arasında qarşıdurmanın mövcud olduğu həssas bir vaxta təsadüf edir.

Assanj bir neçə texnologiya şirkətinin CİA-in əməliyyatları ilə bağlı əlavə məlumat istədiyini deyib. O, həmin şirkətlərlə iş birliyi aparacağını açıqlayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG