Accessibility links

Culian Assanj Ekvador səfirliyinə sığınıb


Cənubi Amerika ölkələrinin liderləri WikiLeaksin yaradıcısı Culian Assanjın siyasi sığınacaq üçün müraciətini nəzərdən keçirən vaxt o, Londonda Ekvador səfirliyində qalmaqda davam edir.

Ekvadorun prezidenti Rafael Korrea hökumətinin Assanja sığınacaq vermək üçün zəminin olub-olmadığını nəzərdən keçirdiyini deyib. Cənab Korrea deyib ki, qərarın çıxarılması üçün nə qədər vaxt tələb olunursa, o qədər danışıqlar aparılacaq.

Assanjın ona qarşı irəli sürülən seksual cinayət ittihamlarını cavablandırması üçün İsveçə ekstradisiya müraciətini Britaniya məhkəməsi rədd etdikdən sonra o, çərşənbə axşamı Ekvador səfirliyinə gəlib.
XS
SM
MD
LG