Accessibility links

Ekvador prezidenti :Culian Assanja onun üçüncü ölkəyə ekstradisiya edilməməsi məqsədi ilə sığınacaq verilib


Ekvador prezidenti Rafael Korrea bildirib ki, Wikileaks-in təsisçisi Culian Assanja onun üçüncü ölkəyə ekstradisiya edilməməsi məqsədi ilə sığınacaq verildiyini deyib.
Assanj iyun ayından bəri Ekvadorun Londondakı səfirliyində sığınacaq tapmışdı.

Ekvadorun qərarı Britaniya və Ekvador arasında diplomatik gərginliyin artmasına səbəb olub.

Ekvador rəsmiləri Britaniyanı səfirlik işçilərini təhdid etməkdə təqsirləndirib. Britaniya səfirliyin diplomatik statusunu ləğv edəcək qanun qəbul edəcəyi barədə xəbərdarlıq verib.

Assanj seksual təcavüzlə bağlı ittihamlarla üzləşdiyi İsveçə ekstradisiya olunmaqdan yayınır. O, İsveçdə qaldırılan iddiaları rədd edir.

Britaniya Assanjı İsveçə təhvil verməkdə məsul olduğunu bildirərək, onun ölkəni tərk etməsinə imkan verməyəcəyini deyib.

Assanj 2010-cu ildə İraq və Əfqanıstandakı müharibələrlə bağlı ABŞ Dövlət Departamentinin məxfi diplomatik teleqramları da daxil olmaqla, Birləşmiş Ştatların yüz minlərlə məxfi sənədini yaydığı üçün İsveçin onu Birləşmiş Ştatlara təhvil verəcəyindən qorxur.
XS
SM
MD
LG