Accessibility links

Ekvador hökuməti WikiLeaks qrupunun yaradıcısı Culian Assanjın internetə çıxışının müvəqqəti məhdudlaşdırıldığını təsdiq edib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Assanja sığınacaq verilməsi barədə 2012-ci ildəki qərar qüvvədə qalır. Amma xarici seçkilərə müdaxilə edilməməlidir.

WikiLeaks Twitter-də ABŞ dövlət katibi Con Kerrinin Ekvadordan Assanjın ABŞ-da prezidentliyə demokrat namizəd Hillari Klintonun kampaniya menecerinin hək edilmiş emaillərini dərc etdirməsinin qarşısını almağı xahiş etdiyi haqda mesajlar yerləşdirib.

Dövlət Departamentinin sözçüsü bu açıqlamaları qəti şəkildə inkar edib.

Prezident Rafael Korrenin hökuməti xaricdən təsir göstərilmədiyni və hökumətin özünün bu qərara gəldiyini bildirib.

Assanj zorlama iddiaları əsasında axtarışda olduğu üçün İsveçə göndərilməsinə dair uzun sürən uğursuz hüquqi prosesdən sonra Ekvador səfirliyində sığınacaq tapıb.

XS
SM
MD
LG