Accessibility links

Associated Press: Həcc ziyarətindəki faciə zamanı 1453 nəfər həlak olub


Mideast Saudi Hajj Stampede

Mideast Saudi Hajj Stampede

Associated Press xəbər agentliynin hesablamalarına görə, Səudiyyə Ərəbistanında müqəddəs Həcc ziyarəti zamanı baş vermiş basabas nəticəsində ölənlərin sayı 1453 nəfərə çatıb. Bu rəqəm rəsmi açıqlamalardan qat-qat yüksəkdir.

Bu hesablama əsasən 18 ölkənin rəsmilərinin və ya dövlət media orqanlarının açıqladığı rəqəmlərə əsaslanır. Buraya yalnız Məkkə yaxınlığındakı Mİna dağındakı faciə zamanı ölənlər daxildir.

İran faciə zamanı bu ölkədən 465 zəvvar, Misir 148, İndoneziya isə 120 vətəndaşının öldüyünü bildirib.

Rəsmi məlumatlara görə, ölənlərin 99-u Nigeriya, 89-u Pakistan, 81-i Hindistan, 70-i Mali, 63-ü Mali, 54-ü Seneqal, 51-i Benin, 42-si Kamerun, 31-i Efiopiya, 27-si Mərakeş, 25-i Əlcəzair, 12-si Qana, 11-i Çad, 8-i Kenya və 3-ü Türkiyədəndir.

Səudiyyə rəsmiləri bildirib ki, onların rəsmi məlumatlarına görə, hadisə zamanı 769 nəfər həlak olub, 934 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və faciəvi insidentlə bağlı istintaq davam edir.

Yüzlərlə insanın itkin düşdüyü bildirilməsi ilə ölənlərin sayının neçə nəfərədək artacağı qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG