Accessibility links

Gənc rəssam İŞİD-in dağıtdığı 18 assuriyalının heykəlini və bir divar rəsmini yaradıb

Bəzən ictimai incəsənət zorakılığın qarşısını almaq üçün güclü bir silah ola bilər. Bir çox incəsənət kampaniyaları ekstremistlərin zorakılıq çağırışlarını pozmağa yönəldilib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, bununla bağlı gözəl misal, öz incəsənətilə terrorizmə müqavimət göstərən 17 yaşlı assuriyalı xristian rəssam - Nenous Tabitdir.

Bu gənc heykəltəraş üçün, İŞİD tərəfindən qədim Nimrud şəhərinin məhv edilməsini izləmək çox ağır idi. Bu şəhər Misirdən indiki Türkiyə və İran torpaqlarına qədər uzanan Assuriya imperiyasının paytaxtı olmub. Ötən il ərzində Tabit 18 assuriyalının heykəlini və bir divar rəsmini yaradıb.

Nenous Tabit deyir: "Onlar incəsənət və mədəniyyətə qarşı müharibə apararkən, mən onlarla incəsənətin köməyilə mübarizə etmək qərarına gəlmişəm".

Show comments

XS
SM
MD
LG