Accessibility links

Asteroid gəlir... [Video]


Dünya astronavtlarının diqqəti yer kürəsinə yaxınlaşacaq asteroidə yönəlib. 45 metr diametrə malik olan asteroidin fevralın 15-də yer kürəsinə çox yaxın məsafədən keçəcəyi deyilir. İndiyə qədər bu ölçüdə asteroidin planetimizə bu qədər yaxınlaşması qeydə alınmamışdı. Lakin NASA-nın Vaşinqtondakı Yer Kürəsinə Yaxın Obyektlərə Nəzarət porqramından Lindli Conson narahatlığa ehtiyac olmadığını deyir. “Planetə təhlükə yoxdur. Biz orbitə indi yaxşı bələdik.”

Təhqiqatçı deyir ki, Asteroid 2012 DA-14 yer kürəsinə 27 min km yaxınlıqda olacaq ki, bu da bizim planetlə Ay arasındakı məsafənin onda birinə bərabərdir. “Yer kürəsinin yaxınlığından çox asteroid keçir. Məsələn keçən il Yer kürəsi ilə Ay arasından 22 asteroid keçmişdi, lakin onlar kiçik, bir neçə metr ölçüsü olan asteroidlər idi.”

Diametri 45 metr olan asteroid yer kürəsinin yaxınlığından saniyədə 8 km sürətlə keçəcək. NASA-nın bildirdiyinə görə, bu asteroid yer kürəsinə yaxınlaşanda onu Cənubi Avropadan, Şimali Afrikadan, Asiyadan və Avstraliyadan izləmək mümkün olacaq. İnsanlar ona binokllar və teleskoplar vasitəsilə baxa bilərlər. 2012-DA-14 asteriodini ilk dəfə İspaniya astronomları görmüşdülər.

“Keçən ildən bəri asteroid yer kürəsinə daha da yaxınlaşıb və bu bizə onu kifayət qədər yaxından izləməyə imkan verir.” - deyə, Lindli Conson bildirir.

1908-ci ildə kiçik bir asteroid Sibirin Tunquska bölgəsinə düşərək, 2 min kvadrat km sahəndəki ağacları yerlə yeksan etmişdi.

NASA-nın hesablamalarına görə, yer kürəsinin ətrafında 100 minə qədər kiçik ölçüdə asteroidin dolaşır ki, onlardan bəziləri 40 ildən bir yer kürəsinə yaxınlaşır, 1200 ildən bir isə yerə düşür. Conson deyir ki, bu hadisə elmi kəşf üçün fürsət yaradır. “Bizim kosmosa göndərdiyimiz cihazlar bizə asteroidlərin fəaliyyətindən xəbər verir və bu yaxşı haldır ki, biz onlar haqda və hansı məsafədə olduqları haqda məlumatlana bilirik.”

NASA digər asteroid barədə məlumat almaq və Yer kürəsində tədqiqat aparılması üçün həmin asteroiddən nümunə götürmək üçün kosmosa 2016-cı ildə daha bir cihaz göndərməyi planlaşdırır.
XS
SM
MD
LG