Accessibility links

Günəş sistemi ətrafında səpələnmiş böyük və kiçik daşlardan ibarət olan asteroidlər kosmik fəzada partlayaraq, Yer kürəsi üçün təhlükə yaradır. Ekpertlər risk dərəcəsini müəyyən etməyə, eyni zamanda Yer kürəsi və planetin sakinlərini asteroidlərin təhlükəsindən qorumağın yollarını araşdırır.

NASA-nın administratoru Çarlz Bolden aprel ayında ABŞ-ın fəza agentiyinin 2014-cü il üçün təklif edilmiş büdcəsini qanunvericilərlə müzakirə edən zaman yeni missiyadan danışıb. Bu missiya fəzanın dərinliklərində asteroidi tapıb onu öyrənmək üçün Ayın ətrafına gətirməkdən ibarətdir.

Çarlz Bolden : “Biz asteroidlərin kəşfi missiyasında insanlara asteroidlərin Yer Kürəsinə yaxınlaşmasının qarşısını ala biləcək yeni proseslər və texnologiyaların araşdırılması ilə məşğul oluruq.”

Asteroidlər planetin sakinlərinə təhlükə törətdiyi halda belə, kosmik fəzanın öyrənilməsində yeni səhifənin açılmasına kömək edir. Çarlz Boldenin sözlərinə görə, NASA-nın missiyasının əsas hissəsi asteroidin istiqamətinin necə dəyişdirilə bilməsindən ibarətdir.
Bu iiln əvvəli Rusiyada Çelyabinsk yaxınlığında kiçik bir meteoritin düşməsi nəticəsində minlərlə pəncərənin şüşəsi sınmış, mindən çox insan yaralanmışdı. Həmin gün istiqaməti yaxşı müəyyən edilmiş 2012 DA 14 adlı başqa bir asteroid Yer Kürəsi səthinə peyklərdən daha çox yaxınlaşa bilmişdi. Bu ilk dəfə idi ki, belə bir böyük cisim Yer Kürəsinə bu qədər çox yaxınlaşmışdı.

Ekspertlər bildirir ki, 100 metrdən böyük asteroidlər hər 10 min ildə bir dəfə Yer Kürəsinə yaxınlaşır və asteroidlərin kimi isə öldürdüyü haqda müasir tarixdə heç bir məlumat yoxdur.

ABŞ prezidentinin elm və texnika məsələləri üzrə müşaviri Jon Holdren art ayında Konqres dinləmələrində asteroidlərin yratdığı təhlükələri müzakirə edib.
O, qanunvericilərə deyib ki, böyük asteroidlərin çox nadir halda təsir göstərə bilməsi nəzərə alınsa, potensial insan ölümü burada ildə 100-dən adamdan az ola bilər. O bunu hər il tütündən istifadə edib ölən 5 milyon rəqəmi ilə müqayisə edib.

Jon Holdren : “Bu, böyük bir təhlükə kimi görünmür. Əlbəttə, böyük bir fəlakət ola biləcəyi az ehtimal olunan halda, belə riski bu cür şəkidə təqdim etmək düzgün olmazdı, amma biz qarşısı mütləq alınmalı olan fəlakətlərdən sığorta olunmaq kimi halları nəzərdə tuturuq.”
Sığorta. 65 milyon il bundan əvvəl 10 kilometr enində asteroidin Yer Kürəsinə dəydiyi zaman ölən dinozavrların belə bir seçimi olmayıb.

Holdren deyib ki, bu böyüklükdə asteroidin hətta kiçik bir hissəsi insanların həyatını alt-üst edə bilər.

Jon Holdren : “Bir kilometr ölçüdə asteroid on minlərlə meqaton gücündə enerji daşıya bilər. Bu, soyuq müharibənin ən qızğım dövründə Birləşmş Ştatlar və Sovet İttifaqının birgə arsenallarının gücünə bərabərdir. Bu ölçüdə, ya da bundan böyük bir asteroid sivilizasiyaya son qoya bilər.”

NASA Yer Kürəsinə yaxın ölçüsü bir kilometrdən böyük olan asteroidlərin 95 faizini kataloqlaşdırıb. Agentlik bildirir ki, bu ölçüdə planetə gələcəkdə təhlükə törədən heç bir asteroid mövcud deyil.

Hazırda NASA yer Kürəsinə yaxın kiçik ölçüdə cisimlərin aşkar edilməsi üzərində işləyir. Agentlik 2020-ci ilə qədər bu cisimlərin 90 faizinin aşkar ediləcəyinə ümid bəsləyir.
Lindli Conson NASA-nın Vaşinqton yaxınlığındakı qərargahında Yer Kürəsinə Yaxın Cisimlər Proqramının icraçı direktorudur. Onun başçılıq etdiyi şöbə NASA-nın sponsorluğu ilə potensial təhlükəsi olan asteroidləri müəyyən edib, onların istiqamətini izləməklə məşğul olur.

Lindli Conson : “İlk növbədə və ən mühümü onların tez zamanda müəyyən edilməsidir. Onları tapıb təhlükə təşkil etdiyini müəyyən etməyənə qədər, heç bir iş görmək mümkün deyil. Beləliklə, ilk prioritet onların aşkar edilməsidir. Bu işi yaxşı səviyyədə gördükdən sonra bizə hansı-sa bir şəkildə təsir olacağı ehtimalı çox azdır.”

Conson yüzlərlə başqa alimlə bərabər BMT-nin bu ilin əvvəli Vyanada kosmik fəzaya həsr edilmiş konfransında iştirak edib. Onun qrupu asteroid təhlükəsi ilə bağlı beynəlxalq şəbəkənin yaradılmasını təklif edib. Əsas məqsəd təhlükəli asteroidlərin qarşısını almaqdan ötrü beynəlxalq səylərin əlaqələndirilməsindən ibarətdir.
Conson fəlakətlərin nəticələrinin aradan qaldırılması səylərinin gücləndirilməsi təklifi ilə çıxış edərək, milli və beynəlxalq agentliklərin insanlarla qasırğa və sunami hallarında olduğu kimi asteroidlərin də yaratdığı potensial risklərlə bağlı xəbərdarlıq verməli olduğunu deyib.

Lindli Conson : “İnsanların xəsarət almasının səbəblərindən biri ondan ibarət idi ki, onlar meteorun şüşələri sındıracaq belə böyük partlayış dalğasını yaradacağını bilmirdi, onlar parıltını görüb pəncərələrə tərəf qaçmağa başlayıb.”
Bu ilin aprel ayına qədər10 min obyekt aşkar edilib. Onların 1400-2 potenial olaraq təhlükə hesab edilir.

NASA-nın Yer Kürəsinə Yaxın Cisimlər Proqramına vəsait prezident Obamanın administrasiyası dövrü beş dəfə artırılaraq, ildə 20 milyon dollar təşkil edir.
XS
SM
MD
LG