Accessibility links

Ata qayğısı görən uşaqlar daha xoşbəxt, daha sağlam olur



Luna və onun atası Deyv Benjova birlikdə daha artıq vaxt keçirir . Deyv həyat yoldaşları işdə ikən uşaqlrın qayğısına qalan atalardan biridir. “Mənim xanımım məndən çox işləyir. Xoşbəxtəm ki, qızıma daha yaxınam.”

Buna yeni atalıq deyilir. Nyu-Yorkda hər ay uşaq gözləyən atalar üçün Nyu-York ataları adlanan tədbir keçirilir.

Tədbirin həmtəsisçisi Lans Somfild deyir ki, bu atalar uçaqları dünyaya gəldikdən sonra da buraya qayıdıb, onların necə yedirmək, altlarını dəyişmək kimi yeni təcrübələr qazanmaq istəyir. “Burada atalar digərləri ilə təcrübələrini bölüşür.’”

Stoni Bruk Universitetindən sosioloq Maykl Kimmel deyir ki, dəyişiklik əsasən gənc atalar arasında müşahidə edilir. “Yaponiya, Sinqapur, Avstraliyada atalar daha çox uşaqları ilə məşğul olur. Oralarda hökumətlər işlə ev arasında balans yaradan siyasətlərə malikdir.”

Kimmel deyir ki, uşaqlara baxmaq darıxdırıcı ola bilər. Atalar darıxsalar belə bu, uşaqların mənafeyinə xidmət edir. Araşdırmalardan məlum olub ki, ata qayğısı görən uşaqlar daha xoşbəxt, daha sağlam olur və daha yaxşı oxuyur. Onlar daha az zorakılıq törədir və daha az zorakılıqların qurbanı olur.
XS
SM
MD
LG