Accessibility links

Əfqanıstan rəsmiləri ölkənin şimalında toy mərasimində baş vermiş partlayış nəticəsində azı 20 adamın öldüyünü, 40 adamın yaralandığını xəbər verirlər.

Səmənqan vilayətinin polisi deyir ki, qüdrətli sabiq özbək komandiri və parlamentin aşağı palatasının üzvü Məhəmməd Xan Səmənqani şənbə günü erkən qətlə yetirilib.
İnsident Səmənqaninin qızının toyunda baş verib.

Rəsmilərin dediyinə görə intiharçı vilayətin inzibati mərkəz Aybakda toy salonuna daxil olaraq Səmənqanini qucaqlayıb və özünün partladıb.
XS
SM
MD
LG