Accessibility links

Firdovsi Atakişiyev: Azərbaycan televiziyasının bəsit verilişləri insanların maariflənməsinə mənfi təsir göstərir [Audio-Müsahibə]

  • Nərminə Cəlalqızı

Firdovsi Atakişiyev

Firdovsi Atakişiyev



Azərbaycan Dövlət Rus Dram Teatrının tanınmış aktyoru, Respublikanın əməkdar artisti Firdovsi Atakişiyev Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibədə teatrdakı fəaliyyətindən danışır, Sovet dövrü ilə indiki dövrü müqayisə edir, və deyir ki, indi hökumət sənətə, sənət adamlarına daha çox diqqət göstərir. O, tamaşaçının verdiyi qiymətdən əlavə maddi yardımın da sənət adamlarını, aktyorları ruhlandırdığını deyir.

Firdovsi Atakişiyev 22 ildən artıqdır teatrda çalışdığını, ömrünün ən gözəl çağlarını teatra həsr etdiyini və özünün əməyi nəticəsində nailiyyətlər əldə etdiyini deyir. Aktyor sənətkarın öz əməyi, necə deyərlər özünün dırnaqları ilə özünə yol açmalı olduğunu bildirir.

Firdovsi Atakişiyevə “Azərbaycan tamaşaçısı teatra gedirmi, belə bir tendensiya varmı?” sualının cavabında aktyor teatra gəldiyi vaxtlar, 1992-ci ildə Azərbaycan teatrlarının vəziyyətinin ürəkaçan olmadığını, lakin yeganə, Rus Dram Teatrının digərlərinə nisbətən vəziyyətinin yaxşı olduğunu, normal işlədiyini deyir.

Aktyor o dövrdə teatrın direktoru Ədalət Vəliyevin teatrın repertuar siyasətini dəyişdiyini və teatrda nizam-intizamı ön plana çəkdiyini bildirir.

Firdovsi Atakişiyev 1992-ci ildən 98-ci ilə qədər teatra gələnlərin sayının çox olduğunu və 98-ci ildən sonra teatra gələnlərin sayının azladığını, bu günə gəldikdə isə tamaşaçının nə çox az, nə də çox olduğunu deyir.

Aktyor Rus Dram Teatrında səhnəyə qoyulan tamaşalardan da danışır.
Buna misal olaraq “Karamazov Qardaşları”nı gətirir və deyir ki, bu tamaşaya çox sayda teatr həvəskarı gəlir və tamaşa böyük hərarətlə qarşılanır.

Firdovsi Atakişiyev Sovet dövründə maariflənmə tendensiyasından da danışır və deyir ki, hal-hazırda bu proses zəifdir. Lakin aktyor bunun tamaşadan, ifadan asılı olduğunu deyir və Milli Dram Teatrındakı rolundan danışır.

Firdovsi Atakişiyev maariflənmə məsələsinə bir də toxunaraq, Azərbaycan televiziyasının da bu sahədə mənfi təsirlərindən danışdı. O, televiziyanın düzgün siyasət apardmadığın, çox sayda bəsit verilişlərin nümayiş etdirildiyini, hətta aparıcıların belə danışıq dilinin çox aşağı səviyyədə olduğunu deyir.

Aktyor hal-hazırda reytinqə daha çox yer verildiyini və reytinqin mədəniyyətə mənfi təsir göstərdiyini, millətin deqradasiyasına səbəb olduğunu deyir. Bundan sonra aktyor yenidən teatr fəalıiyyətindən, oynadığı rollarından danışir və gələcək üçün planlarının olduğunu deyir.

Show comments

XS
SM
MD
LG