Accessibility links

Rza şahın 1934-cü ildə Atatürklə görüşündə azərbaycan Türkçəsində danışmasının videosu


Rza şahın 1934-cü ildə Atatürklə görüşündə azərbaycan Türkçəsində danışmasının videosu

Rza şahın 1934-cü ildə Atatürklə görüşündə azərbaycan Türkçəsində danışmasının videosu

İki lider tərcüməçi olmadan İstanbul və Azərbaycan türkcələrində danışırlar. İnternetdə videonun arxivlər arasında təzə tapıldığı haqda məlumatların yayılmasına baxmayaraq bəzi Türk mənbələri videounun əvvəlcədən mövcud olduğunu, ancaq səsin keyfiyyətinin ən son texnologiyaya uyğun olaraq yaxşılaşdırıldığını irəli sürür.

İran şahı Rza Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri zamanı Atatürklə söhbəti zamanı türk dilində danışdığını nümayiş etdirən video Youtube-da yayılıb. İnternetdə videonun tapılmasının yeri və zamanı barədə ziddiyyətli məlumatlar yayılıb. Bəzi mənbələr videonun bir kitabçı dükanında bəziləri isə arxivlərdə tapıldığını irəli sürürlər. Bəzi türk mənbələri isə videounun əvvəlcədən mövcud olduğunu ancaq sonralar İstanbuldakı Memar Senan Universiteti tərəfindən səslərin keyfiyyətinin son texnologiyaya uyğun olaraq yaxşılaşdırıldığını irəli sürür. Videoda göründüyü kimi tarixi görüş zamanı Atatük İstanbul türkcəsi, İran şahı Rza Pəhləvi isə Azərbaycan türkcəsində danışıblar.

Bu tarixi hadisənin on illərdən sonra bu video-lent yazısı vasitəsi ilə işıq üzü gördüyü bir zamanda o dövrdə Türkiyə-İran əlaqələri və İran dövlətinin Azərbaycan türkləri ilə əlaqədar siyasəti barədə fikirlərinizi və əlinizdəki tarixi məlumatları aşağıdakı şərhlər hissəsində biz və digər izləyicilərimizlə bölüşün və ya info@amerikaninsesi.org ünvanına göndərin. O zaman Türkiyə-İran Əlaqələrində Azərbaycan türklərinin yeri nə olub?

Atatürk ilə Rza şahın söhbətinin səs yazısının ən son texniki imkanlardan istifadə ilə Türkiyənin Dövlət Arxivləri İdarəsinin mütəxəssisləri tərəfindən təkmilləşdirildiyi və bu səs yazısının Atatürkün gerçək səsinə daha uyğun olduğu bildirilib.

Bu tarixi hadisənin on illərdən sonra bu video-lent vasitəsi ilə işıq üzü gördüyü bir zamanda o dövrdə Türkiyə-İran əlaqələri və İran dövlətinin Azərbaycan türkləri ilə əlaqədar siyasəti barədə fikirlərinizi və əlinizdəki tarixi məlumatları aşağıdakı şərhlər hissəsində biz və digər izləyicilərimizlə bölüşün və ya info@amerikaninsesi.org ünvanına göndərin. O zamanda Türkiyə- İran Əlaqələrində Azərbaycan türklərinin yeri nə olub?

Videodan da aydın olduğu kimi iki lider təcüməçi olmadan bir başa söhbət etmişlər. Yuxarıdakı Youtube videosu http://www.lenziran.com/ saytından, şəkil isə http://khaandaniha.com/ ( Demokratik İranın səsi) saytından alınmışdır. Həmin saytlara yuxarıdakı linklərdən qoşula bilərsiniz.

XS
SM
MD
LG