Accessibility links

İsrail və Həmas arasında 72 saatlıq atəşkəs qüvvəyə minib.

Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs 2000 adamın ölümü ilə nəticələnən döyüşlərə son qoyulmasına dair danışıqlar zamanı əldə edilib.

BMT-nin baş katibi Ban Gi Mun razılığı alqışlayaraq, bunun İsraillə Həmas arasında münaqişənin həllinə güclü ümidlər yaratdığını deyib.

O, BMT-nin sülh və Qəzzada böyük ehtiyac durulan yenidənqurma işləri ilə bağlı hər bir tazılığın həyata tətbiqinə yardım etməyə hazır olduğunu bildirib.

İsrailin bir aydır Qəzzaya hücumları nəticəsində 1900 fələstinli öldürülüb.

İsrail 64 əsgər və 3 mülki vətəndaşını itirib.

XS
SM
MD
LG