Accessibility links

.Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Tərtər rayon (Bakıdan 340 kilometr şimal qərb) sakininin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

DİN-nin mətbuat xidmətinin məlumatına görə iyulun 19-da Tərtər rayonu Aşağı Çaylı kəndinin ərazisində Səhləabad kənd sakini Mübariz Əliyev Tərtər çayında balıq tutarkən Ermənistan Silahli Qüvvələri tərəfindən açılan atəşdən ölüb.

M.Əliyevin meyiti çətinliklə ərazidən götürülərək ailəsinə təhvil verilib.

Ermənistan tərəfi hələ bu barədə mövqe bildirməyib.

XS
SM
MD
LG