Accessibility links

Bakıda görüşlər başa çatdıqdan sonra həmsədrlər Ermənistana səfər edəcəklər

Fevralın 2-dən ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For və amerikalı həmsədr Ceyms Uorlikin Azərbaycana səfəri başlayıb.

Fevralın 3-də rusiyalı həmsədr İqor Popovun da onlara qoşulacağı gözlənilir. Həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər.

Bakıda görüşlər başa çatdıqdan sonra həmsədrlər Ermənistana səfər edəcəklər.
XS
SM
MD
LG