Accessibility links

ATƏT: Jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün imkan verilməlidir


Dunja Mijatović
Dunja Mijatović

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Krımın de-fakto rəsmilərini jurnalistlərin heç bir maneə olmadan işləməsinə imkan verməyə çağırıb.

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Simferopolda yaşayan bloger Yelizaveta Bihutskayanın Rusiya rəsmilərini kəskin tənqie etdiyi üçün saxlanması və dindirilməsindən sonra Krımda azad səslərin qorxudulması ilə bağlı narahatlığını ifadə edib.

Bazar ertəsi hüquq-mühafizə orqanları Bohutskayanın mənzilində axtarış keçirib onun əşyalarını müsadirə edib. Bloger saxlanaraq, əks-terror mərkəzinə aparılıb və may ayında Krım və Ukrayna arasında ərazidə insidentə dair cinayət işi ilə əlaqədar reportajla bağlı orada altı saat sorğu-sual edilib.

Dunya Miyatoviç blogerin saxlanmasını azad media üçün birbaşa təhlükə adlandıraraq, bunun qəbuledilməz olduğunu bildirib.

XS
SM
MD
LG