Accessibility links

Rusiya və Ukraynanın jurnalist birlikləri son zamanlar hər iki ölkədə media üzvlərinə qasrşı hücumlara görə cəzasızlığa son qoyulmasına çağırıb.

Vyanada görüşdən sonra açıqlama verən media birliklərinin nümayəndələri eyni zamanda, müxbirləri Ukraynada münaqişə ilə bağlı informasiya müharibəsinə də yol verməməyə çağırıblar.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç jurnalistlərə qarşı zorakılıqların artdığını və Ukraynada saxlanılan bütün jurnalistlərin azad edilməli olduğunu deyib. O əlavə edib ki, bu, kifayət deyil, jurnalistlərin təhlükəsizliyi və media üzvlərinə qarşı hər hansı zorakılığa yol verilməməsi üçün hələ görüləsi işlər çoxdur.

Birgə verilən bəyanatda tədbir iştirakçıları jurnalistləri media üzvlərinin qətlləri və onlara qarşı zorakılıq aktları halları haqda məlumat kampaniyasını davam etdirməyə və bu cinayətlərin təhqiq edilməsi üçün rəsmilərə təzyiq göstərməyə çağırıb.

Rusiya və Ukraynanın jurnalist birlikləri ilə yanaşı, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Sərhədsiz Reportyorlar və Etik Jurnalistika Şəbəkəsini təmsil edən nümayəndələr ATƏT-in sponsorluğu ilə keçirilən tədbirdə iştirak edib.

Rusiya və Ukraynanın jurnalist birliklərinin növbəti görüşünün aprel ayının ortalarında keçirliməsi nəzərdə tutulub.

XS
SM
MD
LG