Accessibility links

ATƏT-in müşahidə missiyasının rəhbəri Naxçıvanda olub


ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta

Tana de Zulueta Naxçıvan Ali Məclsinin sədri, siyasi partiyaların yerli şöbələrinin və qeyri-hökumət təşkilatlarının rəgbərləri ilə görüşüb

Sentyabrın 25-də ATƏT-in Azərbaycanda prezident seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və hüquqi məsələlər üzrə analitik Meqan Fitzjerald sentyabrın 25-də Naxçıvana birgünlük səfər edib.

Turan agentliyinin məlumat;na görə, səfər çərçivəsində nümayəndələr Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər.

Daha sonra qonaqlar seçkiöncəsi durumu dəyərləndirmək üçün 4 saylı Naxçıvan şəhər seçki dairəsində olublar. Bundan əlavə, ATƏT təmsilçiləri Xalq Cəbhəsi, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi və Yeni Azərbaycan partiyalarının təmsilçiləri ilə görüşlər keçiriblər.

Naxçıvan MR-da seçki öncəsi durum bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri Məlahət Nəsibova, Həkimeldostu Mehdiyev və İlqar Nəsibovla geniş müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG