Accessibility links

ATƏT nümayəndəsi Elmar Hüseynovun qatillərinin tapılmasına çağırıb


Dunya Miyatoviç Bakıda mətbuat konfransında

Dunya Miyatoviç Bakıda mətbuat konfransında

Elmar Hüseynovun 10-cu ildönümü günü ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç quruma daxil olan ölkələri ifadə azadlığı haqqını tanımağa və jurnalistlərin təhlükəsizliyini təminat altına almağa çağırıb.

"Elmar Hüseynovun ölümünün ildönümü günü jurnalistlərin təhlükəsizliyi məsələsi yenidən qaldırılmalıdır" deyə Miyatoviç bildirib.

"ATƏT regionunda jurnalistlərə hücumlar və onların təzyiqlərə məruz qalması halları artsa da, istintaq araşdırmalarındakı çatışmamazlıqlar mediaya mənfi təsir göstərir".

Həftəlik müstəqil "Monitor" jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilib. Jurnalın kollektivi dərc etdirdiyi tənqidi məqalələrə görə rəsmilər tərəfindən ciddi təzyiqlərlə üzləşirdi. Hüseynovun qatilləri hələ də azadlıqdadır.

"Mən ATƏT ölkələrinin hökumətlərini peşəkar fəaliyyətlərinə görə media nümayəndələrinə qarşı həyata keçirilən hücumları tam və ədalətli araşdırmağa çağırıram", deyə Dünya Miyatoviç bildirib.

Onun sözlərinə görə, bu amansız cinayətlər ictimai şəkildə tənqid edilməli və cəmiyyətdə hədə-qorxu mühitinin qarşısını almaq üçün cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

XS
SM
MD
LG