Accessibility links

Minsk Qrupunun həmsədrləri Bakı və Yerevanı dialoqu davam etdirməyə çağırıb


Minsk qrupunun həmsədrlərinin Edvard Nlmandyanla görüşü (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

Minsk qrupunun həmsədrlərinin Edvard Nlmandyanla görüşü (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini dialoqu yeniləməyə çağırıb. Bu barədə fevralın 5-də Münhendə həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə ğörüşdən sonra bildiriblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan və Azərbaycan sərhədində, eləcə də təmas xətti boyunca insidentlərin sayının artdığını həyəcanla qeyd edib.

Onlar Ermənistan xarici işlər naziri ilə həm də belə hadisələrin ehtimalının azaldılması üçün təklif olunan tədbirləri müzakirə edib.

“Xüsusilə, tərəflər noyabrın 12-də vurulan helikopter hadisəsinin təkrarlanmasının qarşısının alınması üçün tədbirlər görməlidirlər”,bəyanatda bildirilib.

Həmsədrlər bildirir ki, zorakılıq və tərəflər arasında gərginlik davamlı həllə nail olmaq üçün əhatəli danışıqlara başlamağın vacibliyini tələb edir.

“Biz naziri daha çox çeviklik göstərməyə çağırdıq ki, bu cür danışıqlar başlaya bilsin”, həmsədrlər vurğulayıb.

Vasitəçilər həmçinin tərəflərin itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi üzrə razılaşmalarının yerinə yetirilməsinin vacibliyini qeyd edib.

“Bundan başqa biz prezidentlər arasında dialoqun mümkün qədər tez bərpa olunmasına çağırdıq”, bəyanatda qeyd olunub.

XS
SM
MD
LG