Accessibility links


Beynəlxalq müşahidəçilər Tacikistanda prezident seçkisinin dinc şəraitdə keçməsinə baxmayaraq, səsvermədə plüralizm və həqiqi seçimin olmadığını bildirib.

ATƏT açıqladığı hesabatda deyilir ki, mediada seçkinin qalibi olmuş hazırkı prezident İmaməli Rəhmanın geniş işıqlandırılması ona olduqca böyük üstünlük vermişdir.

Cənab Rəhmanın səslərin 83,6 faizini alaraq qalib gəldiyi elan edilib. Ona nəticə baxımından ən yaxın rəqibinin səslərin yalnız beş faizini aldığı bildirilir. Lakin İmaməli Rəhmanın ən ciddi potensial rəqibi olan hüquqşünas Oynihol Babanəzərova prezidentliyə namizəd olmaq üçün lazım olan 210 min imzayanı toplaya bilmədiyinə görə seçki yarışına buraxılmamışdı.

Babanəzərova yerli rəsmilərin onun tərəfdarlarının imza toplamasına mane olduğu ilə bağlı şikayət etmişdi.

Cənab Rəhmanov seçkidə qələbəsi ona 2020-ci ilə qədər yeddi il müddətinə ölkə prezidenti olmaq imkanı verir. O, 1992-ci ildən hakimiyyətdədir.
XS
SM
MD
LG