Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sentyabrın 27-də görüşüblər.

ATƏT-in yaydığı məlumatda bildirilir ki, həmsədrlər və nazirlər dinc prosesin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.

Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıb.

Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağrılır.

Öz növbəsində nazirlər həmsədrlərlə münaqişənin dinc yolla həllinə nail olmaq üçün işi davam etdirmək qətiyyətində olduqlarını təsdiqləyiblər.

Həmsədrlər bu ilin sonunda prezidentlərlə görüşlərinin mümkünlüyünü müzakirə etmək üçün noyabrda regiona səfər etmək niyyətindədirlər.
XS
SM
MD
LG