Accessibility links

Dunya Miyatoviç hakimiyyəti Sabirabadda jurnalistlərə hücumu araşdırılmağa çağırıb


Dunya Miyatoviç

Dunya Miyatoviç

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç oktyabrın 4-də Sabirabad rayonunda jurnalilistlərə qarşı edilən hücumu qınayıb və dövlət orqanlarını bu hadisəni araşdırmağa çağırıb.

Dunya Miyatoviçin bəyantında deyilir: ”Jurnalistlərə qarşı zorakılıq bir daha göstərir ki, Azərbaycanda media azadlığının vəziyyəti pisləşməkdə davam edir”.

ATƏT-in nümayəndəsi hesab edir ki, jurnalistlərə qarşı zorakılıq yolverilməzdir və bütövlükdə cəmiyyətə hücum kimi qəbul olunmalıdır.

“Jurnalistlərə hücum və hüquq mühafizə orqanlarının əməkdaşların onlara komək etməməsi, müdaxilə etməməsi xüsusilə qəbul edilməz vəziyyətdir”, deyə sənəddə qeyd edilir.

"Mən hakimiyyəti media işçilərinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə , hadisə ilə əlaqədar dərhal istintaq başlamağa çağırıram", o qeyd edib.
XS
SM
MD
LG