Accessibility links

Tbilisidə ATƏT-in Cənubi Qafqazda KİV azadlığı üzrə konfransı başlayıb


Dunya Miyatoviç Bakıda mətbuat konfransında
Dunya Miyatoviç Bakıda mətbuat konfransında

Konfransın yekunlarına əsasən bəyannamə qəbul olunacaq. D.Miyatoviç yekun sözlə çıxış edəcək

Noyabrın 11-də Tbilisidə ATƏT-in Cənubi Qafqazda KİV azadlığı üzrə konfransı başlayıb.

Konfransda ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç və Gürcüstan xarici işlər naziri Maya Pancikidze iştirak edirlər.

Turan Agentliyinin məlumatına görə ATƏT-in KİV azadlığı məsələləri üzrə keçmiş nümayəndəsi Mikloş Harasti, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin baş müşaviri Juan Barata məruzə ilə çıxış edəcəklər.

Azərbaycanı Prezident Administrasiyasının KİV ilə iş üzrə sektorunun rəhbəri Vüqar Əliyev və Turan agentliyinin direktoru Mehman Əliyev təmsil edirlər.

Ermənistanı Xarici İşlər nazirliyinin mətbuat katibi Tiqran Balayan və KİV Təşəbbüsləri Mərkəzinin direktoru Nune Sarkisyan təmsil edirlər. Onlar Ermənistanın inkişaf yolundan danışacaqlar.

Gürcüstan parlamentin deputatı İrakli Çikovani və “KİV-in İnkişaf Fondu” QHT–nin rəhbəri Tamar Xorbaladze ilə təmsil olunur.

Konfransın yekunlarına əsasən bəyannamə qəbul olunacaq. D.Miyatoviç yekun sözlə çıxış edəcək.

Konfrans çərçivəsində noyabrın 12-də rəqəmsal yayıma keçid mövzusu üzrə ustad dərsləri keçiriləcək. Ustad dərsləri Cənubi Qafqaz ölkələrində rəqamsal yayıma keçid zamanı zəruri addımlar, üstünlüklər, problemlərə dair diskussiyalar və təqdimatlardan ibarət olacaq.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin bürosunun direktoru Andrey Rixter məruzə ilə çıxış edəcək. Azərbaycan Milli Televiziya və Radio Yayım Şurasının müşaviri Fazil Novruzov, Ermənistan Milli Televiziya və Radio Komissiyasının üzvü Koryun Arakelyan, Gürcüstan Milli Kommunikasiyalar Komissiyasının üzvü Sofiya Britançuk ölkələr üzrə məruzələrlə çıxış edəcəklər.
XS
SM
MD
LG