Accessibility links

Yan Kelli: Azərbaycanı ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq


ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli

ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli

ABŞ-ın ATƏT-dəki səfiri deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, media nümayəndələri və hüquq müdafiəçiləri hakimiyyətin təzyiqinə məruz qalır

ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli Azərbaycan hakimiyyətini ATƏT qarşısında insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməyə çağırıb. Bu barədə o, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın illik hesabatından sonra ATƏT Daimi Şurasında bildirib.

Kelli qeyd edib ki, ABŞ təhlükəsiz, suveren demokratik dövlət kimi Azərbaycana uğurlar arzu edir. Lakin Azərbaycanın vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, media nümayəndələri və hüquq müdafiəçiləri hakimiyyət tərəfindən təzyiqə məruz qalır.

“Biz Azərbaycan hakimiyyətini sərbəst toplaşma, birləşmək, ifadə azadlığı sahələrində ATƏT qarşısında götürdüyü öhdəliklər yerinə yetirməyə çağırırıq”, deyə Kelli bildirib.

O, həmçinin Azad Fikir Universitetinin bağlanması, NİDA hərəkatının fəallarının, “Respublikaçı Alternativ” vətəndaş hərəkatının lideri İlqar Məmmədovun həbsi ilə narahatlığını bildirib.

ATƏT-in Bakı ofisinin mandatı məsələsinə toxunan Kelli ABŞ-ın onun hazırki statusunun saxlanması zərurəti ilə bağlı mövqeyini təkrar edib və Bakını “narahatlıq doğuran” məsələlər üzrə konstruktiv dialoqa çağırıb.

Kelli Azərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT PA-ya 2013-cü il prezident seçkilərində qeyri-məhdud sayda müşahidəçi üçün dəvət göndərməyə çağırıb.

Bununla yanaşı, Kelli bildirib ki, 20 il ərzində Azərbaycanda bir sıra sahələrdə, xüsusən traffikinqə qarşı mübarizə, qadın hüquqlarının müdafiəsi, NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak sahəsində irəliləyiş əldə olunub.
XS
SM
MD
LG