Accessibility links

ATƏT-in fəaliyyətdə olan sədri üzv ölkələri jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb


ATƏT-də jurnalistlərin təhlükəsizliyi konfransı
ATƏT-də jurnalistlərin təhlükəsizliyi konfransı

ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç təşkilata üzv ölkələri jurnalistlərin təhlükəsizliyini təmin etməyə və obyektiv və plüralist informasiya kontenti yaratmaq üçün onlara şərait yaratmağa çağırıb.

Turan agentliyinin məlumatına görə, Daçiçin müraciəti “Münaqişələr zamanı jurnalistlərin təhlükəsizliyi, söz azadlığı və plüralizm” mövzusunda ikigünlük konfransın yekun iclasında səslənib. Konfrans çərşənbə axşamı Vyanada ATƏT-in qərargah-mənzilində öz işini yekunlaşdırıb.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Ukraynadakı hadisələrin işıqlandırılması və jurnalistlərin işi üçün təhlükəsiz şərait yaradılması məsələləri üzrə müzakirələri səmərəli adlandırıb. Bununla belə, o qeyd edib ki, jurnalistlərin təhlükəsizliyi mövzusuna münaqişələrdən asılı olmayaraq, daim baxmaq lazımdır.

“Bunu təmin etmək üçün əlimdən gələni edəcəyəm”, o bildirib.

Onun sözlərinə görə, jurnalistlər hələ də əziyyət çəkir – onları həbs edirlər, qorxudurlar.

“Öz ölkələrində həqiqəti yayanlar müdafiəyə layiqdir, çünki söz azadlığı olmadan azad cəmiyyət ola bilməz”, o qeyd edib.

Konfrans zamanı jurnalist və peşəkar təşkilatların dialoqunu, informasiya mənbələrinə azad çıxışı, insan hüquqlarının pozulması və nifrət dilini, münaqişə şəraitində tənzimləməni əhatə edən paralel sessiyalar keçirilib. Müzakirələrin nəticələrinə görə, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb.

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev ATƏT-in himayəsi altında Ukrayna, Rusiya jurnalistlərinin və beynəlxalq media nümayəndələrinin iştirakı ilə informasiya modulu yaratmağı təklif edib. Modulun vəzifələrinə tarazlaşdırılmış və obyektiv informasiya məhsullarının birgə işlənib hazırlanması, jurnalistlərin münaqişə zonalarına səfərlərinin birgə təşkili, hər iki ölkə KİV-də peşə-etika normalarına riayət olunmasının monitorinqi daxil ola bilər.

Digər zonalarda, o cümlədən Azərbaycanda, Gürcüstanda, Moldovada “dondurulmuş münaqişələr” zonalarında da belə modullar yaratmaq olardı, deyən Əliyev azad jurnalistika üçün təhlükələrin böyük olduğu, 8 jurnalist və 5 blogerin həbsdə olduğu Azərbaycan kimi ölkələrdə də jurnalist modullarının yaradılması zərurətini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG