Accessibility links

ATƏT ölkələrinin Sivil Toplum Konfransı keçirilir


ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib

Vətəndaş Toplumunun ATƏT Nazirlər Şurasına təqdim edəcəyi sənəddə Azərbaycandakı vəziyyət xüsusi vurğulanıb

Bu gün Dublində (İrlandiya) ATƏT ölkələrinin Sivil Toplum Konfransı keçirilir. Bu barədə Turan-ın xüsusi müxbiri Dublindən xəbər verib.

ATƏT Nazirlər Şurası ilə paralel olaraq keçirilən Sivil Toplum Konfransının məqsədi ATƏT-in İnsan Ölçüsü sahəsindəki işini yaxşılaşdırmaqdır.

ATƏT ölkələrindən olan vətəndaş cəmiyyəti qurumları nümayəndələri ifadə azadlığı və məlumat azadlığı, toplaşma və birləşmə azadlığı, irqçilik və ksenofobiya, işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi sahəsində insan haqlarının vəziyyətini, ATƏT-in İnsan Ölçüsü mexanizmlərinin islahatı məsələlərini, hüquq müdafiəçilərinin qorunması sahəsindəki problemləri müzakirə ediblər.

Sivil Toplum Konfransı bu məsələləri əks etdirən hesabat və ATƏT ölkələri, ATƏT institutları üçün tövsiyələr hazırlayıb. Vətəndaş Toplumunun narahatlıq və tövsiyələrini əks etdirən sənəd dekabrın 6-da işə başlayacaq ATƏT Nazirlər Şurasının açılışında təqdim olunacaq.

Vətəndaş Toplumunun nümayəndələrinin insan haqları məsələləri ilə bağlı bir sıra hökumətlərin nümayəndələri ilə (ABŞ-ın dövlət katibi, Hollandiyanın xarici işlər naziri və digərləri) görüşləri planlaşdırılır.

Vətəndaş Toplumunun ATƏT Nazirlər Şurasına təqdim edəcəyi sənəddə başqa ölkələrdəki insan haqlarının vəziyyəti ilə yanaşı Azərbaycandakı vəziyyət xüsusi vurğulanıb. Rafiq Tağının qətlinin araşdırılmasının effektivliyi, jurnalistlərə qarşı hücumların cəzasız qalması (Xədicə İsmayılova, İdrak Abbasov və başqa işlər), ifadə azadlığından istifadəyə görə təzyiqlər, həbslər (məsələn, Əvəz Zeynallının həbsi və ağır ittihamlarla üzləşməsi, Mehman Hüseynov və Oqtay Gülalıyevə qarşı cinayət ittihamları), çoxsaylı jurnalist və bloqerlərin siyasi motivlərə söykənən həbsləri, “Azadlıq” qəzetinə qarşı bir neçə istiqamətdən basqılar, qəzetin bağlanmasına gətirib çıxara bilən ağır şəraitin yaradılması kimi məsələlər öz əksini tapıb.

Sənəddə habelə toplaşma azadlığından istifadəyə görə cəzalandırılan şəxslər, bu hüquqdan istifadəyə görə ağır cərimələr nəzərdə tutan qanunun qəbul edilməsi kimi məsələlər də xüsusi olaraq vurğulanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG