Accessibility links

ATƏT PA mədəni irsin qorunmasına dair qətnamə qəbul edib


Azay Quliyev
Azay Quliyev

Qətnaməni Azərbaycan Milli Məclisinin deputatı təqdim edib

ATƏT Parlament Assambleyasının (PA) Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsi iyulun 1-də Bakı sessiyasında ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair qətnamə qəbul edib. Sənədi Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev təqdim edib.

Qətnamədə harada yerləşməyindən asılı olmayaraq, tarix və mədəniyyətlə bağlı abidə və yerlərin statusunun saxlanmasının vacibliyi qeyd olunur.

Bundan əlavə, iştirakçı dövlətlər münaqişə zonalarında istənilən qanunsuz ixracın, mədəni dəyərlər üzrə mülkiyyət hüququnun pozulmasının qadağan edilməsi və qarşısının alınması üçün ATƏT çərçivəsində mexanizmin yaradılmasına çağırılır.

Həmçinin münaqişə zonalarında mədəni, tarixi və elmi sübutların gizlədilməsi və ya məhv edilməsi məqsədilə mədəni dəyərlərin xaraktetrinin dəyişidirilməsinin, oğurluğun istənilən formalarının, mədəni dəyərlərin qanunsuz mənimsənilməsinin və ya onlara qarşı digər vandalizm aktlarının qadağan olunması təklif edilir.

Qətnamə layihəsinə 10 düzəliş təklif edilib. Bunun 8-ni erməni nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan irəli sürüb.

Geqamyanın düzəlişlərindən yalnız ikisi təqdir edilib. Bunlar elə düzəlişlər olub ki, qətnamə layihəsinin müəllifi A.Quliyev buna etiraz etməyib.

Azərbaycanlı və erməni deputatların mövqeyinin üst-üstə düşdüyü düzəlişlərdən birinə görə, iştirakçı dövlətlər mədəni irsin məhv edilməsi faktlarının müəyyən olunması üçün beynəlxalq missiyanın öz ərazilərinə buraxılmasının təmin edilməsimə çağırılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG